İqtisadi
müstəqilliyin uğur
formulu
Valyuta ehtiyatlarımız
66 milyard dollara yüksəlib, ÜDM istehsalı
ən yüksək həddə çatıb
Qlobal iqtisadiyyatın
üzləşdiyi ağır
sınaq illərinin ardından yeni inkişaf strategiyalarını
postböhran dövrünün
çağırışlarına uyğun müəyyənləşdirən
Azərbaycan bu il də bir
çox uğurlara imza atır.
Prezident İlham
Əliyevin iqtisadi islahatları, qəbul etdiyi mütərəqqi qərarlar sayəsində
ölkə iqtisadiyyatındakı
artım tempi rəqəmlərdə də
öz əksini tapır. Məsələn,
ölkəmizin valyuta
ehtiyatlarının 66 milyard
dollara çatması,
ÜDM istehsalının isə
ən yüksək həddə - 133,8 milyard manata yüksəlməsi bunu təsdiqləyən reallıqdır. Ümumiyyətlə,
son 20 il ərzində ölkəmizdə
ÜDM istehsalı 3 dəfədən
çox artıb. Xarici borc ÜDM-in, demək olar ki, 9 faizindən
aşağı səviyyədə
olmaqla valyuta ehtiyatlarının cəmi
10 faizini təşkil
edir.
Prezident İlham
Əliyevin söylədiyi
kimi, Azərbaycan iqtisadiyyatı müstəqilliyin,
demək olar ki, bütün dövrü ərzində
dayanıqlılıq və
artım nümayiş
etdirir. Azərbaycanın
tam iqtisadi müstəqilliyə nail olması isə uğurlu müstəqil xarici siyasət kursunun davam etdirilməsini şərtləndirən
mühüm amilidir. Bu baxımdan ölkəmizin
beynəlxalq aləmdə
artan nüfuzu yeni-yeni uğurlar üçün əlverişli
imkanlar açır.
Hazırda Azərbaycan
regionun sürətlə
inkişaf edən qüdrətli dövlətidir.
Ötən illər ərzində bölgələrin
inkişafı istiqamətində
həyata keçirilən
layihələrin uğurlu
göstəriciləri, yaranan
mənzərə hər
bir ölkə üçün nümunə
ola bilər. Ölkəmizin maliyyə imkanlarının artması
isə onu deməyə əsas verir ki, qarşıdakı
dövrdə də Qarabağ və Şərqi Zəngəzurun
bərpası, quruculuğu,
eləcə də digər regionların sosial-iqtisadi inkişafı
ilə bağlı dövlət proqramları
uğurla icra olunacaq.
Azərbaycanın artan
iqtisadi imkanları Prezident İlham Əliyev tərəfindən
müəyyən edilən
inkişaf və dəstək kursunun ardıcıl olaraq davam etdirilməsi, əsas dövlət və sosial vəzifələrin həyata
keçirilməsi, əhalinin
sosial müdafiəsinin
daha da yaxşılaşdırılması,
ölkədə makroiqtisadi
sabitliyin qorunması, müdafiə və təhlükəsizlik məsələlərinin
həlli və iqtisadiyyatın stimullaşdırılması
istiqamətində müsbət
rol oynayır.
Məhz
iqtisadi artım sayəsində Azərbaycanın
2023-cü il dövlət
büdcəsinin gəlirləri
və xərclərinin
artırılmasını da
labüd edib. Məsələ artıq Milli Məclisdə müzakirəyə çıxarılaraq
ilk oxunuşda qəbul olunub. Parlamentdə aparılan müzakirələrə əsasən
deyə bilərik ki, 2023-cü ilin dövlət və icmal büdcələrinə
yenidən baxılmasının
əsas hədəfi prioritet vəzifə olaraq işğaldan azad olunmuş ərazilərdə bərpa
və yenidənqurma işlərinin sürətləndirilməsi,
Böyük qayıdış
proqramının icrası,
dövlətin milli təhlükəsizliyinin və
müdafiə qabiliyyətinin
artırılması, ordunun
hərbi qüdrətinin
gücləndirilməsi üçün
əlavə maliyyə
təminatının yaradılmasından
ibarətdir. Layihəyə
əsasən, 2023-cü il
dövlət büdcəsinin
gəlirləri və
xərcləri artırılır.
Xatırladaq ki,
cari ilin dövlət büdcəsində
Böyük qayıdış
proqramında nəzərdə
tutulan layihələrin
icrası üçün
3 milyard manat vəsait təsdiq olunmuşdu. Artıq həmin vəsaitin 60 faizə yaxın hissəsi cari ilin ötən 5 ayı ərzində istifadə edilib.
Bu dəfə isə büdcəyə əlavə edilən maliyyə resurslarının
2 milyard 260 milyon manatlıq hissəsi işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma
işlərinin aparılmasına
yönəldilməklə Böyük
qayıdış proqramı
üçün ayrılan
dövlət büdcəsinin
vəsaiti 5 milyard 260 milyon manata yüksəldilir.
Digər prioritet istiqamət olan ölkənin müdafiə
qabiliyyətinin və
milli təhlükəsizliyinin
daha da möhkəmləndirilməsidir.
Bunun üçün
isə əlavə 1 milyard manat vəsaitin
ayrılacağı nəzərdə
tutulur. Bununla xüsusi müdafiə təyinatlı xərclərə
yönəldilən vəsaitin
ümumi məbləği
3 milyard 70 milyon manata çatacaq.
Eyni zamanda bir sıra digər
istiqamətlər üzrə
də əlavə xərclərə vəsaitin
yönəldilməsi təklif
olunur. Belə ki, Azərbaycanın həmtəsisçisi olduğu
Beynəlxalq İnvestisiya
və İnkişaf Fondlarının Nizamnamə
kapitalında Azərbaycan
tərəfinin payının
maliyyələşdirilməsi, ölkəni yeni "Azərcky-2"
peykinin orbitə çıxarılması ilə
əlaqədar "Azərkosmos"
Səhmdar Cəmiyyətinin
Nizamnamə kapitalının
artırılması üçün
ümumilikdə 297,5 milyon
manat vəsait ayrılacaq. Habelə beynəlxalq münasibətlər
və digər beynəlxalq fəaliyyətlə
bağlı xərclər
üçün əlavə
139,6 milyon manat, o cümlədən xarici ölkələrə maliyyə
yardımının göstərilməsi
üçün 100 milyon
manat, Azərbaycanın
xaricdəki diplomatik və digər nümayəndəliklərinin əməkhaqqı
sisteminin təkmilləşdirilməsi
ilə bağlı, həmçinin bəzi xarici ölkələrdə
yeni səfirlik və diplomatik nümayəndəliklərin fəaliyyətə
başlaması ilə
əlaqədar 26 milyon
manat vəsaitin yönəldilməsi planlaşdırılır.
Bundan başqa,
ölkədə dəmir
yolu sahəsində, elektrik enerjisi təchizatı və digər infrastruktur layihələr üzrə
yenidənqurma və əsaslı təmir xərcləri üçün
128 milyon, sahibkarlıq
fəaliyyəti ilə
bağlı verilən
kreditlərin dövlət
zəmanəti ilə
təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması
üçün 50 milyon
manat ayrılacaq.
Göründüyü kimi, Prezidentin verdiyi qərarlar, həyata keçirdiyi iqtisadi islahatlar bu gün uğurlu
nəticələri ilə
Azərbaycanın hərtərəfli
inkişafına mühüm
töhfələr verilməsinə
real zəmin yaradır. Dövlətin iqtisadi qüdrəti artdıqca imkanlar da genişlənir. Əlbəttə ki, yeni nailiyyətlərə
çatmaq üçün
ölkənin güclü
dayanıqlı iqtisadi
potensialı olmalıdır.
Lakin iqtisadi müstəqilliyini təmin
etmiş Azərbaycan üçün istənilən
sahədə islahatlar
aparmaq çətin deyil. Bu gün
Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki,
heç kimdən iqtisadi cəhətdən asılı deyil. Bunu Qarabağ və Şərqi Zəngəzurun heç kimdən yardım almadan öz iqtisadi imkanlarımız hesabına yenidən qurulması bir daha sübut edir.
Əgər tarixə
qısa ekskurs edib iqtisadi göstəricilərə
nəzər yetirsək,
yaranmış böyük
fərqi görə bilərik: "2003-cü ildə
Azərbaycanın dövlət
büdcəsinin gəlirləri
6 milyard dollar idisə, bu gün həmin rəqəm 33 milyarddan artıqdır. 2004-cü ildə
Regionların sosial-iqtisadi
inkişafına dair I
Dövlət Proqramının
icrasına başlanarkən
1,8 milyard dollar valyuta ehtiyatlarına malik olan Azərbaycan
hazırda bu rəqəmi 66 milyard dollara yüksəldib.
Prezident İlham
Əliyevin söylədiyi
kimi, iqtisadi güc, iqtisadi müstəqillik bütün
başqa sahələrdəki
fəaliyyətin təməlidir.
Azərbaycanın iqtisadi
müstəqilliyinin uğur
formulu onu deməyə əsas verir ki, qarşıdakı
illərdə də ölkənin hərtərəfli
tərəqqisi təmin
olunacaq.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
8 iyun.- S.1;7.