Təlatümlərdən
tarixin ən güclü Azərbaycanına
doğru gedən yol
Xalqın və
dövlətin taleyində
bəzən elə hadisələr yaşanır
ki, onlar hər zaman xatırlanmalı, ötüb
keçən zamanın
işığında təkrar-təkrar
qiyməti verilməli,
yeni nəsillərə
düzgün çatdırılmalıdır.
Çünki bu hadisələr tarixin ibrət dərsləridir.
Belə çətin
sınaqlarla bir daha qarşılaşmamaq
üçün həmin
ibrət dərslərindən
düzgün nəticə
çıxarmaq çox
vacibdir.
Azərbaycanın taleyində
həlledici anlar
Düz 30 il əvvəl, 1993-cü ilin
iyununda baş verənlər də Azərbaycanın müstəqil
dövlət kimi mövcudluğunun, gələcək
taleyinin həlledici anları idi. Düşmənlə ölüm-dirim
savaşının ən
gərgin çağlarında,
Şuşanın, Laçının
itirildiyi vaxtlarda hərbçiləri, zirehli
texnikanı, silah-sursatı
cəbhə bölgəsindən
geri çəkib Bakıya gətirən və hakimiyyəti
hərbi qiyam yolu ilə ələ
keçirən AXC - Müsavat
hakimiyyətinin ölkəyə
rəhbərliyindən cəmi
bircə il ötmüşdü. Amma
ictimai-siyasi proseslərin
respublikanı böhran
vəziyyətinə çatdırması,
parçalanma təhlükəsinə,
vətəndaş müharibəsinə,
müstəqilliyin itirilməsinə
gətirib çıxarması
üçün elə
bu bircə il də kifayət
etmişdi.
Bunun ən böyük səbəblərindən
biri əsasən naşı, səriştəsiz
adamlardan ibarət siyasi hakimiyyətin xüsusilə kadr siyasətində yol verdiyi ciddi səhvlər,
uzun illər dövlət vəzifələrində
zəngin təcrübə
toplamış şəxslərin
kütləvi şəkildə
işindən kənarlaşdırılması,
onların yerinə ciddi bir təhsili,
idarəçilik təcrübəsi
və mənəvi keyfiyyətləri olmayan, dövlətçilik düşüncəsindən
uzaq təsadüfi insanların təyin olunması idi. Ölkədə şəxsi
münasibətlər, firqə
hissləri hüququn aliliyi prinsipini arxa plana keçirmişdi.
Vaxtilə Azərbaycana
qarşı işğal
cəhdlərinin qarşısını
almaq üçün
xalqın birliyinin təcəssümü kimi
meydana gələn, sonrakı mərhələlərdə
isə ölkənin istiqlalı üçün
fəaliyyət göstərən
və buna görə cəmiyyətin
böyük hissəsinin,
o cümlədən vətənpərvər
ziyalıların dəstəyini
qazanan Azərbaycan Xalq Cəbhəsi artıq öz prinsiplərindən xeyli uzaq düşmüşdü.
AXC vəzifə uğrunda
didişmələrin əsas
mərkəzinə çevrilmişdi.
Bu təşkilata üzv olmaq kifayət edirdi ki, müəyyən bir kürsü tutasan. Ölkənin siyasi hadisələr burulğanından təsadüfi
olaraq iqtidara gəlmiş ovaxtkı rəhbərlik unudurdu ki, hakimiyyətin mənbəyi xalqdır və dövlət institutlarının formalaşdırılmasında,
idarə olunmasında
xalqın deyil, yalnız fərdlərin maraqlarının nəzərə
alınması, məsələlərin
hüquq normalarından
daha çox şəxsi münasibətlər
zəminində formalaşdırılması
dövlət üçün
böyük fəlakətlərə
gətirə bilər.
Ölkə böhran
məngənəsində idi
AXC-Müsavat cütlüyünün
hakimiyyətdə qaldığı
bir il milli
dövlətçilik tariximizin,
demək olar ki, utanc səhifəsi
oldu. Ölkə parlamentinin iclaslarında, tribunada, zalda, ali toplantılarda tez-tez sözləri çəpləşib əlbəyaxaya
çıxan, televiziyanın
canlı efirinə müdaxilə edən, proqramın qonaqlarını
da, milyonlarla tamaşaçısını da
təhqirlərə məruz
qoyan, jurnalistləri yazdıqları sözə
görə döyüb
alçaldan və başqa belə əməlləri indi də yaddaşımızda
olan hakimiyyət təmsilçiləri demokratiya
adı altında qaydalara zidd, çirkin ənənələr
formalaşdırır, ölkəni
fəlakətə sürükləyirdilər.
Yaranmış vəziyyəti
fürsət bilib birdən-birə baş qaldıran kriminal ünsürlər ölkənin
hər yerində at oynadırdılar. Hər siyasi təşkilatın özünün
ayrıca qanunsuz silahlı dəstələri
vardı. Qətllər,
o cümlədən sifarişli
qətllər az qala gündəlik həyat hadisələrinə
çevrilmişdi. Heç
kimin həyatı təminat altında deyildi. Tez-tez küçələrdə, qələbəlik
yerlərdə atışmalar
baş verir, əhali təhdid altında qalırdı.
Həm də nəzərə alaq ki, bütün bunlar qonşu ölkənin hərbi işğalına məruz
qalan, elan olunmamış müharibədə
ərazilərini itirən
ölkədə baş
verirdi. Azərbaycanın
igid övladları cəbhədə Vətən
torpağının hər
qarışı uğrunda
həyatlarını qurban
verirdilər. Mərkəzdə
isə hakimiyyət uğrunda didişmələr
səngimirdi. Bu didişmələr, hakimiyyət
uğrunda dava-dalaşlar,
həm də düşünülməmiş qərarlar cəbhədə
yüzlərlə Azərbaycan
igidinin qanı bahasına başa gəlirdi.
Ordu quruculuğu
işi, demək olar ki, kiminsə
yadına düşmürdü.
Nizami ordu yaradılmamışdı. Həlledici
hərbi əməliyyat
planları peşəkar
hərbçilər tərəfindən
deyil, diletantlar tərəfindən işlənib
hazırlanırdı və
çox zaman da ağır itkilərlə tamamlanırdı.
Ordunun əsas hissəsi könüllülərdən
ibarət olduğundan
və vahid mərkəzdən idarə
edilmədiyindən bir
çox hallarda döyüşçülər nizami ordunun tələblərinə, nizamnamə
qaydalarına əməl
etmirdilər. Cəbhə
bölgəsindəki hərbi
birləşmələr arasında
koordinasiya, vahid komanda ruhu yox
idi. Onlar bir-birinə lazımi dəstəyi vermir, güvənmir, bəzənsə
bu qrupların rəhbərlərinin şəxsi
prinsiplərinə görə
həlledici anlarda qarşılıqlı təxribatlara
belə gedirdilər.
Orduda təxribatlar
kimi fərarilik halları da çox geniş miqyas almışdı. Müvafiq inzibati orqanlar buna qarşı
heç bir tədbir görmürdü.
Ölkə üçün
hərbi cəhətdən
həlledici bir dövrdə müdafiə
nazirləri bir-birini əvəz edirdi. Digər güc nazirliklərindəki vəziyyət
də bir o qədər fərqli deyildi.
Naşı idarəçilik
xarici siyasətdə də ciddi fəsadlar
törətmişdi. Yenicə
müstəqillik qazanmış
gənc dövlətin
qısa müddətdə
bütün qonşularla
münasibətləri korlanmışdı.
İşğala məruz
qalmış Azərbaycan
xarici siyasətdəki
yanlışlar üzündən
ABŞ-nin 907-ci düzəliş
kimi ağır bir sanksiyası ilə üzləşmişdi.
Ölkə erməni lobbisinin qurduğu ağır informasiya blokadasının əhatəsində
idi. Səsimizi-sözümüzü
eşidən, eşidib
də dəstək verən yox idi.
Ox yaydan çıxmışdı
Ölkədə sosial-iqtisadi
vəziyyət böhran
həddinə gəlmişdi.
Çünki bu sahəyə də təcrübəsiz, səriştəsiz,
bacarıqsız adamlar
rəhbərlik edirdilər
və onlar başlanğıcda xalqa çox gurultulu vədlər vermişdilər.
İnsanlar indi onlardan həmin vədlərin yerinə yetirilməsini gözləyirdilər.
Bu diletantlar isə çaşqınlıq
içində xaotik addımlar atır, sistemsiz qərarlar verir, uğursuz eksperimentlər aparır və bütün bunlar əks effekt yaradırdı. Çox qısa zaman ərzində xalqın həyat şəraiti xeyli aşağı düşmüşdü.
Ölkədə sosial-iqtisadi
böhran dərinləşmiş,
hələ də küçə-meydan eyforiyası
ilə yaşayanlar özlərini xalqın gözündən tamam salmış, sosial dayaqdan məhrum olmuşdular. Ona görə də
1993-cü ilin əvvəllərindən
hakimiyyət böhranının
dərinləşməsi təbii
idi. İqtidarın böyük yanlışları
nəticəsində fəallaşan
daxili dağıdıcı
və xarici qızışdırıcı qüvvələrin fəal
əməkdaşlığı nəticəsində Azərbaycanın
parçalanmasına zəmin
yaranmışdı. Hakimiyyətin
yanlış apardığı
milli siyasət, tarixən çoxmillətli
ölkə olan Azərbaycanda insanlar arasında milli ayrı-seçkiliyin qoyulması
etnik separatizm və vətəndaş müharibəsi təhlükəsini
daha da gücləndirirdi.
1993-cü ilin aprelində
Kəlbəcərin işğalı
vəziyyəti daha da dramatikləşdirdi. Ardınca isə Gəncə hadisələri
baş verdi. Ölkənin ovaxtkı rəhbərinin Milli Qəhrəman adı ilə təltif etdiyi, Birinci Qarabağ müharibəsinin
ən gərgin vaxtlarında cəbhə bölgəsində xüsusi
nümayəndə təyin
etdiyi Surət Hüseynov az sonra hakimiyyətdəki müxtəlif şəxslərin
onu zərərsizləşdirmək
üçün qurduqları
planlara, həyata keçirdikləri təxribatçı
addımlara cavab olaraq AXC-Müsavat hakimiyyətinə qarşı
çıxdı. AXC-Müsavat
başbilənləri bir
neçə gün içində qəhrəmana
çevirdikləri bu
şəxsi indi də xəyanətkar kimi lənətləməyə
başladılar. Gəncədə
qardaş qanı töküldü. Azərbaycanın
müstəqilliyini gözü
götürməyən xarici
qüvvələr də
bu məqamı fürsət bilib müxtəlif müdaxilələrlə
vəziyyəti qızışdırmağa
başladılar. O cümlədən
işğalçı Ermənistan
yaranmış vəziyyətdən
istifadə edərək
torpaqlarımızı ələ
keçirirdi. Cəbhə
bölgəsindəki hərbi
birləşmələrin mühüm
hissəsi geri çəkildiyindən rayonlarımız
işğal olunmağa
başlamışdı.
Müstəqilliyini yenicə
bərpa etmiş ölkənin bu bəlanı adladacağı
çox çətin
görünürdü. AXC-Müsavat hakimiyyəti yaranmış vəziyyətin
həlli yolunu tapmaqda çətinlik çəkir, ən təhlükəli fikirlər
ortaya atır, müxtəlif fərziyyələr
irəli sürürdülər.
Fakt bu idi
ki, hakimiyyətin yarıtmaz və xəyanətkar siyasəti
ölkəni dünyanın
siyasi xəritəsindən
silinmək təhlükəsinin
bir addımlığına
gətirmişdi.
Xilaskar
Belə bir vaxtda xalqın böyük əksəriyyətinin,
sağlam düşüncəli,
Azərbaycanın gələcəyinə
görə məsuliyyət
hissi duyan milyonlarla insanın nəzəri Naxçıvanda
idi. Hamı Azərbaycan dövlətini
və xalqını bu vəziyyətdən çıxara biləcək
qüdrətli xilaskar
kimi məhz Heydər Əliyevi görürdü. Bu böyük dövlət adamının zəngin təcrübəsinə, qətiyyətinə,
əzminə güvənirdi.
Ümummilli Lider
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Muxtar Respublikanın Nazirlər Kabinetinin Rəyasət Heyəti ilə birgə 7 iyun 1993-cü il tarixli iclasındakı
çıxışı Gəncə
hadisələrinə düzgün
tarixi qiymət oldu. Ulu Öndərin
xalqın təkidli tələbi ilə
1993-cü ilin iyununda siyasi hakimiyyətə qayıdışı, vəziyyəti
yerində öyrənmək
üçün Gəncəyə
səfəri proseslərin
daha gərgin məcrada inkişafının
qarşısını aldı.
Heydər Əliyevin şəxsi nüfuzu, yaranmış gərginliyin
aradan qaldırılması
istiqamətində fədakarlıqla
gördüyü işlər
vəziyyəti müsbətə
doğru dəyişdi.
Azərbaycan dövləti
və xalqı üçün daha böyük faciələrdən
xilas olmaq üçün həmin günlərin ağır
reallıqları şəraitində
müəyyən kompromislər
tapmaq mümkün oldu. İyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən və
vətəndaş müharibəsi
təhlükəsinin qansız-qadasız,
siyasi danışıqlar
yolu ilə aradan qaldırılmasına
nail olan Heydər Əliyev ictimai-siyasi sabitliyin bərqərar edilməsi istiqamətində ciddi islahatlar apardı. Böyük rəhbərin
səyləri nəticəsində
Azərbaycanda silahlı
müxalifətçilik ənənələrinə
son qoyuldu, iqtisadi həyatda böyük dəyişikliklər
baş verdi, xarici ölkələrlə
münasibətlər qarşılıqlı
maraqlara xidmət edən praqmatik prinsiplər əsasında
tənzimlənməyə başladı.
O çətin günlərdə
buna nail olmağı yalnız Ümummilli Lider Heydər Əliyev kimi tarixi şəxsiyyət,
təcrübəli siyasətçi,
vətənpərvər insan,
böyük şəxsiyyət
bacarardı. Ulu Öndər həmin tarixi dövrdə Azərbaycanı zamanın
sərt sınaqlarından
çıxararaq aydın
inkişaf yoluna yönəltdi. Dövlətimizin
müstəqilliyinin əbədiliyini,
dönməzliyini təmin
etdi. Müstəqilliyin
tarixi və siyasi əsaslarının
möhkəmləndirilməsi, onun istinad etdiyi
dəyərlər sisteminin
təkmilləşdirilməsi, dövlətin tərəqqisi
üçün etibarlı
iqtisadi bazanın formalaşdırılması Heydər
Əliyevin Azərbaycan
tarixindəki fövqəladə
və təkrarsız
rolunu səciyyələndirən
əsas cəhətlər
kimi xarakterizə olunur.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyən
etdiyi inkişaf yolu ilə dövlətimizi
tarixinin ən qüdrətli dönəminə
yetirdi. Tarixin ən güclü Azərbaycanı - bu,
1993-cü ilin o təlatümlü
iyun günlərində
xalqın verdiyi qərarın, etdiyi seçimin nə qədər düzgünlüyünün,
müdrikliyinin, Heydər
Əliyevə inamının
doğrulmasının möhtəşəm
tarixi təcəssümüdür.
İradə ƏLİYEVA,
Azərbaycan.-2023.-
8 iyun.- S.1;6.