Azərbaycan-Türkiyə
əlaqələri özünün
qızıl dövrünə
qədəm qoyub
Mayın 28-də - 105 il əvvəl qazandığımız müstəqillik
gününü təntənəli
şəkildə qeyd
etdiyimiz tarixdə türk dünyası adına daha bir sevincli və
qürurlu xəbər
aldıq. Qardaş Türkiyədə keçirilən
prezident seçkilərinin
ikinci turunda da böyük siyasi lider Rəcəb
Tayyib Ərdoğan qalib gəlmişdi və bu qalibiyyət
həm türk dünyası birliyinin daha da güclənəcəyi
və möhkəmlənəcəyinin,
həm də tarixən var olan Azərbaycan-Türkiyə
sarsılmaz birliyinin daha da dərinləşəcəyinin
qarantı idi. Məhz buna görə idi ki, milli iradə
nümayiş etdirərək
ölkələrinin gələcəyi
üçün düzgün
seçim edən Türkiyə xalqı ilə bərabər, bu qələbə Azərbaycan xalqının
da sevincinə səbəb olmuşdu.
Yeni yüksəliş
dövrü
Türkiyə Cümhuriyyətinin
100-cü ildönümündə və yeni möhtəşəm
yüzilliyin başlanğıcında
qazandığı qələbə
ilə türk əsrinin, Türkiyənin
yeni yüksəliş
dövrünün qapılarının
açıldığını deyən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində qardaş ölkənin şanını və şərəfini qorumaq, etibarını artırmaq
və adını dünyada daha da ucaltmaq üçün
var gücü ilə çalışacaqlarını
bildirdi.
Türkiyədəki seçkilərdən sonra
Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider məhz Azərbaycan Prezidenti İlham Əliyev oldu. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının
Rəcəb Tayyib Ərdoğanın həyata
keçirdiyi siyasətə
göstərdiyi etimad
kimi dəyərləndirdi
və əmin olduğunu bildirdi ki, növbəti illərdə də Türkiyənin hərtərəfli
inkişafı davam edəcək.
Ardınca qardaşı
Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayan İlham Əliyev deyirdi: "Sizin tarixi missiyanızın əsas qayəsini təşkil edən qüdrətli və nüfuzlu Türkiyə Respublikasının uğurları
qardaş ölkə olaraq bizi də
olduqca qürurlandırır".
Tarixən qırılmaz
tellərlə bir-birinə
bağlı olan xalqlarımızın iradəsindən
qaynaqlanan Azərbaycan-Türkiyə
əlaqələrinin bu
gün dünyada bənzəri olmadığını
bildirən Prezident İlham Əliyev həm də qeyd edirdi ki,
sarsılmaz dostluq və qardaşlığımız,
qarşılıqlı faydalı
əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz
irimiqyaslı layihələr
strateji müttəfiqliyimizi
səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional
əməkdaşlığın, təhlükəsizliyin və
sabitliyin onurğa sütununu təşkil edir.
Örnək dostluq,
sarsılmaz qardaşlıq
İkinci Qarabağ
müharibəsində sona
qədər Azərbaycanın,
yəni haqlı və ədalətli tərəfin yanında mövqe tutaraq ona siyasi və mənəvi dəstək olan Türkiyə əyani şəkildə nümayiş
etdirdi ki, regionda sabitliyin və əməkdaşlığın
tərəfdarıdır. Misal
olaraq deyə bilərik ki, məhz Vətən müharibəsindəki zəfərdən
sonra regionda kommunikasiyaların açılması
ilə bağlı məsələlər də
sülh müqaviləsinin
gündəliyinə daxil
edilib və bu, ümumilikdə region ölkələrinin
hamısının marağına
xidmət edir.
Müharibənin başladığı
ilk günlərdən
Rəcəb Tayyib Ərdoğan verdiyi açıqlamalarda bütün
dünyaya bəyan etdi ki, Azərbaycan
bu haqq savaşında
tək deyil, onun Türkiyə kimi arxa-dayağı var. Təsadüfi deyil ki, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən təntənəli
Zəfər paradında
qardaş ölkənin
Prezidenti də iştirak etdi və iki qardaş
ölkə qələbə
qürurunu birlikdə
yaşadı.
Postmüharibə dövründə
də Azərbaycan-Türkiyə
əlaqələri bütün
sahələrdə yüksələn
xətt üzrə inkişaf edir. 2021-ci il iyunun 15-də - Milli Qurtuluş Günündə Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mədəniyyət paytaxtımızda
tarixi Şuşa Bəyannaməsini imzalamaları
isə iki qardaş ölkənin tarixən mövcud olan əlaqələrini müttəfiqlik səviyyəsinə
yüksəltdi. Rəcəb
Tayyib Ərdoğanın
azad edilmiş torpaqlarımıza, Qarabağ
və Şərqi Zəngəzura müxtəlif
zamanlarda üç dəfə səfər etməsi, Şuşada, Füzulidə, Zəngilanda
və Cəbrayılda
olması, xalqımıza
dəstəyin əyani
təzahürüdür.
Xoş gündə
də, dar gündə də bir yerdə
Bu il fevralın 6-da baş verən iki ardıcıl dəhşətli
zəlzələ zamanı
Türkiyəyə ilk
beynəlxalq yardımı
Azərbaycan göstərdi.
Prezident İlham Əliyevin tapşırığına
əsasən, zəlzələ
bölgəsinə dərhal
yardım göstərilməsi
ilə bağlı təxirəsalınmaz tədbirlər
həyata keçirildi.
Türkiyədə baş
vermiş dəhşətli
zəlzələ ilə
əlaqədar Prezident
İlham Əliyevin təşəbbüsü ilə
martın 16-da Ankarada Türk Dövlətləri
Təşkilatının dövlət
başçılarının fövqəladə Zirvə
görüşü baş
tutdu. Türkiyənin
dünya texnika nəhəngi olduğunu sübut edən və bu il
növbəti dəfə
aprel ayında keçirilən "TEKNOFEST" çərçivəsində Azərbaycan dövlətinin
zəlzələnin baş
verdiyi Kahramanmaraş vilayətində inşa edəcəyi 1000 ev, məktəb, məscid və digər infrastruktur obyektlərindən
ibarət yaşayış
kompleksinin onlayn rejimdə təməlinin qoyulması da Azərbaycan və Türkiyə həmrəyliyinin
növbəti nümunəsi
oldu.
İyunun 3-də Ankarada
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin
icrasına başlama mərasimində Azərbaycan
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. İnaqurasiya mərasimində diqqətçəkən
vacib nüanslardan biri isə Rəcəb
Tayyib Ərdoğanın
Prezident İlham Əliyevə xüsusi diqqət və ehtiram göstərməsi
oldu. İstər mərasim zalına daxil olan Rəcəb
Tayyib Ərdoğanla ön cərgədə əyləşən Prezident
İlham Əliyevin zalda alqışlarla qarşılanan səmimi görüşü, istərsə
də Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı
"Dəyərli qardaşım,
Azərbaycan Prezidenti xoş gəldin, təşəkkür edirəm",
- deməsi özü
iki qardaşın bir-birinə olan hörmət və ehtiramı, həm də iki qardaş
ölkənin - Azərbaycan
və Türkiyənin
həmrəyliyinin təntənəli
nümayişi idi.
Bəli, Azərbaycan-Türkiyə
dostluq və qardaşlığı dünya
üçün örnəkdir
və bu sarsılmaz birlik gücünü "Bir millət, iki dövlət" və
"Bir yumruq" fəlsəfəsindən alır.
Yasəmən
MUSAYEVA,
Azərbaycan.-2023.- 8 iyun.- S.1;7.