Vətən
sevgisi ilə yenilməz olan Azərbaycan gəncləri
Onlar zamanın
hərəkətverici qüvvəsidir.
Mənəvi gücləri,
cəsarətləri ilə
çox böyük işlər görməyə,
hünər göstərməyə
qadirdirlər. Odur ki, cəmiyyətin sağlam düşüncəli,
aydın təfəkkürlü
gənclərə hər
zaman ehtiyacı var. Həm də
elə gənclərə
ki, dövrün tələblərinə cavab
verəcək qədər
müasir, milli adət-ənənələri yaşadacaq
qədər soy-kökünə
bağlı olsun. Bugünkü Azərbaycan
gəncliyi məhz bu keyfiyyətləri ilə diqqəti cəlb edir, rəğbət qazanır.
Müstəqil dövlətin
vətəndaşı olmağın
qüruru və məsuliyyəti
Tariximiz onlar üçün hər zaman örnəkdir. Ayrı-ayrı dövrlərdə
yaşamış, gənc
yaşlarından Azərbaycanın
mühüm ictimai, siyasi, sosial, iqtisadi, mədəni həyatında əhəmiyyətli
rol oynamış görkəmli şəxsiyyətlərimizin
fəaliyyəti unudulmayıb.
Kimi misilsiz qəhrəman kimi əlinə silah götürüb vətənini
yağı düşmənlərdən
qoruyub, kimi yalnız hünəri, igidliyi ilə deyil, həm də ağlı, düşüncəsi ilə
doğma millətinin haqqının, hüququnun
qorunması, məmləkətinin
müstəqilliyi uğrunda
mübarizə aparıb.
Gənc yaşlarından
soydaşlarının gerilikdən,
ətalətdən, səfalətdən,
cəhalətdən qurtulmaları,
tərəqqi etmiş
millətlərin nümayəndələrinin
sıralarına qoşulmaları
üçün mübarizələrə,
mücadilələrə qoşulanlarımızın
gördüyü təqdirəlayiq
işləri indi də qürurla, minnətdarlıqla xatırlayırıq.
Onların, eləcə
də istedadı, bacarığı, savadı,
zəhməti ilə müxtəlif sahələrdə
uğurla fəaliyyət
göstərən soydaşlarımızın
sayəsində Azərbaycan
adlı məmləkət
tarixin ağır sınaqlarından, keşməkeşli
yollarından keçə
bilib.
Bu gün onların yolunu davam etdirən gənclərimizə Azərbaycan
cəmiyyəti, dövləti
ümidlə baxır.
İnanır ki, bu gənclər xalqımızın ümidlərini
daim doğruldacaq. Onlar ölkəmizin gələcəyini quracaq,
yeni uğurlu illərə aparacaq.
Müstəqil Azərbaycan
Respublikasının vətəndaşı
olmaq fəxr, iftixar mənbəyi olduğu qədər də məsuliyyətdir. Vətənin daim ucalması, ölkənin inkişaf etməsi naminə yaşından, savadından, istedadından,
qabiliyyətindən asılı
olmayaraq, hər kəs bu məsuliyyəti
bilməlidir. Zaman göstərir ki, Azərbaycan gəncləri
üzərlərinə çox
böyük məsuliyyət
düşdüyünün fərqindədirlər.
Ərazilərimizin işğaldan
azad edilməsi üçün gənc əsgər və zabitlərimizə borcluyuq
Bugünkü gənclərimiz
müharibə şəraitində
yaşayan bir ölkədə böyüyüb,
boya-başa çatıblar.
Ağılları kəsəndən
vətənlərinin darda
olduğunu görüblər.
Biliblər ki, Azərbaycanın əzəli
torpaqları XX əsrin
sonlarında yenidən
təcavüzkar ermənilərin
işğalına məruz
qalıb.
Hələ o vaxta
qədər Sovet hökuməti Azərbaycanın
Zəngəzur daxil olmaqla bir sıra
bölgələrini Ermənistana
verib. Ayrı-ayrı illərdə minlərlə
azərbaycanlı dədə-baba
torpağından deportasiya
edilib. Məkrli plan həyata keçirilib. 1991-ci ildə
azərbaycanlıların vaxtilə
əksəriyyət təşkil
etdiyi indiki Ermənistan ərazisindən
tamamilə qovulması
prosesi başa çatdırılıb. Təcavüzkar,
işğalçı ermənilər
bundan sonra Azərbaycanın digər
bölgələrində münaqişəni
daha da alovlandırıblar.
Qarabağ və Şərqi Zəngəzur
ərazilərini müharibə
ocağına çeviriblər.
Minlərlə azərbaycanlını
şəhid və ya əlil ediblər.
Həmin ərazilərdə
yaşayan bütün
azərbaycanlıları ata-baba
yurdlarından, böyük
zəhmətlə, arzularla
tikib-qurduqları evlərindən
qovublar. Nəticədə
1990-cı illərdə Azərbaycanın
20 faiz ərazisi də işğalçı
Ermənistan tərəfindən
zəbt olunub. Erməni təcavüzkarlarının
zülmləri, işgəncələri
səbəbindən evini,
yurdunu tərk etmək məcburiyyətində
qalmış bir milyondan çox soydaşımız respublikamızın
müxtəlif bölgələrində
məskunlaşıblar.
30 ilə yaxın
idi ki, qaçqın
statusu almış bu insanlar doğma
ocaqlarının, evlərinin,
el-obalarının həsrətini
çəkirdilər. Neçə-neçə
soydaşımız bu
nisgillə, bu ağır dərdlə dünyadan köçdü.
Azərbaycan gəncləri
humanist bir xalqın övladları, sülhün tərəfdarı
olan, bu istiqamətdə tədqirəlayiq
işlər həyata
keçirən bir dövlətin vətəndaşıdırlar.
Dövlətimiz, xalqımız
müharibə tərəfdarı
olmadığını hər
zaman əməlləri
ilə təsdiq etdi. Azərbaycan beynəlxalq hüquq və prinsipləri, insani dəyərləri daim yüksək tutub. Dövlətimiz tərəfindən işğal
altında olan ərazilərimizin Ermənistandan
sülh yolu ilə geri alınması
üçün uzun illər danışıqlar
aparıldı, dönə-dönə
beynəlxalq təşkilatlara
müraciətlər edildi.
Təəssüf ki, Ermənistan məkrli niyyətindən, qəddar
əməllərindən əl
çəkmədi. 1994-cü ildə imzaladığı
atəşkəs barədə
sazişi pozaraq Azərbaycanın nəinki
hərbi mövqelərini,
hətta mülki əhalisinin yaşayış
yerlərini atəşə
tutdu. Nəticədə
atəşkəs dövründə
də Azərbaycanın
həm hərbçiləri,
həm də dinc sakinləri Ernənistan silahlı qüvvələri tərəfindən
şəhid edildi.
2020-ci il sentyabrın
27-də Ermənistan silahlı
qüvvələrinin təxribatı
nəticəsində İkinci
Qarabağ müharibəsi
başladı. Həmin
gün Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev xalqa müraciət etdi. Bildirdi ki, Azərbaycan
heç bir təxribata əl atmamışdır, sadəcə
olaraq öz maraqlarını müdafiə
edir, öz mövqeyini dəstəkləyir
və öz siyasətini alnıaçıq
aparır: "Bütün
beynəlxalq təşkilatlar
Azərbaycanın ərazi
bütövlüyünü tanıyır. Bütün
ölkələr Azərbaycanın
ərazi bütövlüyünü
tanıyır. Beynəlxalq
təşkilatlar çərçivəsində
qəbul edilmiş qərar və qətnamələr Dağlıq
Qarabağın Azərbaycana
məxsus olduğunu açıq-aydın təsbit
edir. BMT Təhlükəsizlik
Şurasının dörd
qətnaməsində deyilir
ki, erməni silahlı qüvvələri
dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdırlar.
Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində
qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu
çərçivəsində danışıqlar aparılır
və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar
prosesini iflic vəziyyətə salıbdır.
BMT-dən başqa bütün digər aparıcı beynəlxalq
təşkilatlar bizim
haqlı mövqeyimizi
müdafiə edir. Qoşulmama Hərəkatı
BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan
bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə
qəbul etmişlər.
İslam Əməkdaşlıq
Təşkilatı ədalətli
qətnamələr qəbul
etmişdir. ATƏT-in
qərarları, Avropa
Parlamentinin qətnamələri
bizim mövqeyimizi dəstəkləyir. Bizim
mövqeyimiz beynəlxalq
hüquqa və ədalətə əsaslanır.
Biz öz torpağımızda vuruşuruq.
Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında
düşmənə sarsıdıcı
zərbələr endirir.
Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi
bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə
işi var?! Ermənistan ordusunun bizim torpağımızda
nə işi var?! Heç kəs üçün sirr deyil ki,
"Dağlıq Qarabağ
ordusu"nun tərkibində
olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından
ibarətdir. Ermənistan
işğalçı dövlətdir,
bu işğala son qoyulmalıdır və son qoyulacaqdır".
Ali Baş Komandan İlham Əliyev qətiyyətlə
söylədi: "Biz
haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ
bizimdir, Qarabağ Azərbaycandır!" Minlərlə Azərbaycan gənci bu haqq işi
uğrunda ayağa qalxdı. İkinci Qarabağ müharibəsinin
başladığı gündən
Azərbaycanın bütün
bölgələrində yaşayan
gənclərimiz torpaqlarımızın
işğaldan azad olunması uğrunda mübarizəyə qoşuldular.
44 gün davam edən İkinci Qarabağ müharibəsi
zamanı Azərbaycan
gənclərinin bir çoxu torpaq, Vətən uğrunda canlarından keçməyə
hazır olduqlarını
döyüş meydanlarında
göstərdi. Kimisi də kompüter arxasında informasiya müharibəsində vətənpərvərlik
hisslərini nümayiş
etdirdi.
İkinci Qarabağ
müharibəsində Ermənistan
silahlı qüvvələri
igid Azərbaycan Ordusunun gücünü, yenilməzliyini gördü.
Heç zaman unuda bilməyəcəyi məğlubiyyətlə üzləşdi.
İkinci Qarabağ müharibəsində düşmənə
gözdağı olan
həm də Azərbaycan gənclərinin
rəşadəti, qəhrəmanlığı
və vətən sevgisi oldu. İşğalçı
dövlət gördü
ki, heç zaman bu sevgini
yenə bilməyəcək.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2023.-
8 iyun.- S.8.