Naxçıvan MR iqtisadiyyatında yeni mərhələ
Dövlət proqramı
muxtar respublikanın hərtərəfli inkişafına
hesablanıb
Xəbər verildiyi
kimi, Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sənədin
qəbul olunmasında
əsas məqsəd Naxçıvan iqtisadiyyatının,
infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması,
əhalinin məşğulluğunun
və maddi rifahının yüksəldilməsidir.
Sərəncamın icrası
uzunmüddətli inkişafı
təmin etməyə
imkan verəcək. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının
fikirlərini öyrəndik.
Deputatların sözlərinə
görə, bu sənəd yeni mərhələdə qarşıda
duran strateji vəzifələrin reallaşdırılması
baxımından mühümdür.
Atılacaq addımlar
kompleks inkişafa təkan verəcək
Milli Məclisin
Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Azərbaycanda
2004-cü ildən etibarən
Prezident İlham Əliyevin təşəbbüsü
və müvafiq tapşırıqları ilə
qəbul edilən, icrası təmin olunan regionların sosial-iqtisadi inkişafına
dair dövlət proqramlarının səmərəli
nəticələri göz
önündədir. Komitə
sədrinin sözlərinə
görə, atılan
addımlar, reallaşdırılan
tədbirlər əhalinin
rifahının daha da yaxşılaşmasına,
məşğulluq səviyyəsinin
artmasına və bütövlükdə ölkənin
iqtisadi yüksəlişinə
mühüm töhfələr
verib. Ən əsası, əldə olunmuş nailiyyətlər
gələcək inkişaf
üçün də
mühüm sosial-iqtisadi
baza yaradıb.
Siyavuş Novruzov
dedi ki, torpaqlarımızın işğaldan
azad olunması davamlı inkişaf naminə sistemli fəaliyyət üçün
yeni imkanlar yaradıb: "Burada yeni infrastrukturların yaradılmasına və sərmayələrin cəlb
edilməsinə nail olmaq xüsusi yer tutur. Bu
baxımdan 10 noyabr
2020-ci il tarixli üçtərəfli Bəyanatda
da nəzərdə tutulduğu kimi, kommunikasiyaların bərpasından
sonra blokada vəziyyəti aradan qaldırılacaq Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafını
sürətləndirmək olduqca mühüm önəm daşıyır.
Prezident İlham Əliyevin sərəncamı
ilə "Naxçıvan
Muxtar Respublikasının
sosial-iqtisadi inkişafına
dair 2023-2027-ci illər
üçün Dövlət
Proqramı"nın təsdiq
edilməsi yeni mərhələdə qarşıda
duran strateji vəzifələrin reallaşdırılması
baxımından mühüm
əhəmiyyətə malikdir.
Proqramda qeyd edildiyi kimi: "Naxçıvanda iqtisadi inkişafın sürətləndirilməsi,
əhalinin layiqli məşğulluğu, sosial
rifah halının daha da yüksəldilməsi
və ekoloji təhlükəsizliyin gücləndirilməsi
istiqamətlərində işlərin
yeni keyfiyyət mərhələsinə keçməsi
ön plana çıxmışdır. Mövcud
potensialdan daha səmərəli istifadə
etməklə bölgədə
sosial-iqtisadi inkişafın
sürətləndirilməsi və davamlılığının
təmin edilməsi zəruridir. Bu isə mütəmadi olaraq Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı
ilə əlaqədar
kompleks proqramların hazırlanaraq icra olunmasını nəzərdə
tutur".
Komitə sədri
vurğuladı ki, Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək,
Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını
əhatə edən dövlət proqramının
məqsədləri və
prioritet istiqamətləri
müəyyən edilib:
"Bu məqsəd və prioritetlər çərçivəsində həyata keçiriləcək
tədbirlər muxtar respublikada iqtisadi fəaliyyətin sürətləndirilməsi,
əlverişli biznes mühitinin formalaşdırılması,
investisiyaların cəlb
edilməsi nəticəsində
ixracyönlü dəyər
zəncirinin qurulması
və dayanıqlı
iş yerlərinin yaradılması istiqamətlərində
ciddi irəliləyişlər
əldə etməyə
imkan yaradacaq. Eyni zamanda infrastruktur
təminatının, sosial
sektorun, insan kapitalının inkişafı
və ətraf mühitin mühafizəsinin
gücləndirilməsi ilə
əlaqədar atılacaq
addımlar kompleks inkişafa təkan verəcək".
Siyavuş Novruzov
qeyd etdi ki, burada ən
mühüm məqamlardan
biri nəqliyyat, o cümlədən dəmir
yolu infrastrukturunun yenilənməsi ilə bağlıdır: "Bu,
regionda kommunikasiyaların
bərpası, Zəngəzur
dəhlizinin açılması
kontekstində xüsusi
önəm daşıyır.
Yeni kommunikasiya sayəsində Azərbaycanın
Naxçıvan Muxtar
Respublikası üzərindən
Türkiyə ilə birləşməsi, Azərbaycanın
əsas hissəsi ilə muxtar respublika arasında birbaşa quru əlaqəsinin yaranması
iqtisadi və siyasi əhəmiyyətə
malikdir. Eyni zamanda yeni infrastrukturun
yaranması ölkəmizin
tranzit potensialının
artması, iqtisadi inkişafının sürətlənməsi
baxımından önəmlidir.
Azərbaycan Prezidenti bir müddət əvvəl qeyd etmişdi ki, Şərqi Zəngəzur
bölgəsində yerləşən
Zəngilanı bizim qədim torpağımız
olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə
Naxçıvanla və
Türkiyə ilə birləşdirmək bizim
növbəti tarixi nailiyyətimiz olacaq. Dövlət başçısının
siyasi iradəsi Azərbaycanın qarşıda
duran bütün strateji hədəflərinin
reallaşmasını mümkün
edir".
Komitə sədrinin
dediyinə görə,
davamlı islahatlar vasitəsilə dayanıqlı
regional inkişafın
təmin olunması Azərbaycanın qarşısında
yeni perspektivlərin açılmasını şərtləndirir.
"Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı"nın
icrası yeni reallıqlar və çağırışlardan irəli gələn məqsədləri gerçəkləşdirməyə
imkan verəcək".
Proqram Naxçıvan
iqtisadiyyatını Azərbaycan
iqtisadiyyatına reinteqrasiyanı
sürətləndirəcək
Milli Məclisin
deputatı Vüqar Bayramov qeyd edib
ki, Naxçıvanın
sistemli sosial-iqtisadi inkişafını hədəfləyən
"Naxçıvan Muxtar
Respublikasının sosial-iqtisadi
inkişafına dair
2023-2027-ci illər üçün
Dövlət Proqramı"
bir sıra özəllikləri ilə
fərqlənir: "Əvvəla,
proqramda mövcud vəziyyətin təhlili
hərtərəfli, sistemli
və obyektiv olaraq təqdim edilir. Bu, Naxçıvanda
planlaşdırılan fəaliyyətlərin
reallığı baxımdan
çox vacibdir. İkincisi, yalnız qlobal trendlər deyil, eyni zamanda,
mövcud çağırışlar
da proqramda ayrıca qiymətləndirilib".
Deputat bildirib ki, çox vacib məqamlardan biri də proqramda
GZİT (güclü və
zəif tərəflər,
imkanlar və təhlükələr) təhlilindən
istifadə edilməsidir:
"Bu, region ilə bağlı ətraflı və dolğun məlumatın əldə edilməsinə
imkan yaradır. Məsələn, zəif
tərəflərdə dövlət
xidmətlərinə əlçatanlıq
səviyyəsinin aşağı
olması, əlverişli
biznes mühitini formalaşdıran zəruri
təşviqlərin azlığı
- maliyyəyə çıxış
imkanlarının məhdudluğu,
regionun enerji təchizatı və kommunikasiya xətlərinin
aşağı səviyyədə
diversifikasiya olunması,
elektrik xətlərinin
istismar müddətinin
başa çatması,
kənd təsərrüfatı
və digər sahələr üzrə infrastruktur və su təminatı sistemində çatışmazlıqlar
- ölkənin digər
əraziləri ilə
birbaşa quru nəqliyyat əlaqəsinin
olmaması kimi istiqamətlər qeyd olunur. Bu qiymətləndirmə
proqram çərçivəsində
daha real planlaşdırma aparmaq üçün vacibdir".
Vüqar Bayramovun
sözlərinə görə,
Naxçıvanın təbii
ehtiyatlar və xammal bazası, bərpaolunan enerji potensialı (günəş
və külək enerjisi), sahibkarlığın
inkişafına, ixracın
stimullaşdırılmasına və əlverişli investisiya mühitinin yaradılmasına dövlət
dəstəyi, beynəlxalq
hava limanı və xarici ticarət üçün
əlverişli iqtisadi-coğrafi
mövqe kimi üstünlükləri də
var. Bütün bunlar Naxçıvanın
potensialının daha
yaxından istifadə
edilməsinə imkan yaradır.
"Bütövlükdə proqramın məqsədi davamlı iqtisadi artımın təmin edilməsi, vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılması və ölkə iqtisadiyyatına tam inteqrasiyasını təmin
etməkdən ibarətdir.
Çox vacib istiqamətlərdən biri
də məhz ölkə iqtisadiyyatına
tam interqasiyadır ki, bu da
bölgə və bütövlükdə Azərbaycan
iqtisadiyyatı üçün
yeni imkanlar deməkdir. Proqramda 11 prioritet istiqamət üzrə fəaliyyətlərin
dəstəklənməsi nəzərdə
tutulub. Dövlət proqramının həyata
keçirilməsinə dair
Tədbirlər Planında
isə daha ölçüləbilən fəaliyyətlərin
reallaşdırılması planlaşdırılır", - deyə müsahib qeyd edib.
Deputat vurğulayıb
ki, yeni proqram Naxçıvan iqtisadiyyatının inkişafı
üçün yeni imkanlar yaradacaq. Bu, Naxçıvana daha çox xarici və yerli sərmayələrin
cəlb edilməsinə,
məşğulluğun təmin
olunmasına imkan yaratmaqla yanaşı, bölgənin Azərbaycan
iqtisadiyyatına reinteqrasiyası
prosesini sürətləndirəcək.
Naxçıvan
Muxtar Respublikasının investisiya cəlbediciliyi artacaq
Milli Məclisin
deputatı Aydın Hüseynov isə bildirdi ki, dövlət
proqramının məqsədi davamlı iqtisadi artımın
təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin
yaxşılaşdırılması sayəsində
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi
inkişafını sürətləndirmək və ölkə
iqtisadiyyatına tam inteqrasiyasını təmin etməkdir.
Dövlət proqramında Naxçıvan Muxtar
Respublikasının iqtisadi-coğrafi mövqeyindən, təbii
ehtiyatlarından, sosial-iqtisadi potensialından və tranzit
imkanlarından səmərəli istifadə etməklə
mövcud çatışmazlıqların aradan
qaldırılması və iqtisadi inkişafın sürətləndirilməsi
ilə bağlı tədbirlər üzrə prioritet istiqamətlər
müəyyən edilib.
Aydın
Hüseynov dedi ki, Tədbirlər Planına əsasən,
Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişafın
sürətləndirilməsi və iqtisadi canlanmanın təşviqi
üçün əlverişli biznes mühiti
formalaşdırılacaq: "Bu, həmin sahədəki
prosedurların sadələşdirilməsi vasitəsilə həyata
keçiriləcək. Burada azad iqtisadi zonanın
yaradılması ticarət və logistika imkanlarını
genişləndirməklə Naxçıvan Muxtar
Respublikasının investisiya cəlbediciliyini artıracaq və
iqtisadiyyatın inkişafına əhəmiyyətli töhfə
verəcək. Həmçinin hüquqi və fiziki şəxslərə
vergi və digər güzəştlərin tətbiq edilməsi
ilə özəl sektorun inkişafına nail olunacaq".
Nəzrin QARDAŞXANOVA,
Azərbaycan.-2023.-
8 iyun.- S.7.