Latviya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri cənab Edqars Rinkeviçsə

 

Hörmətli cənab Rinkeviçs,

Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Azərbaycan-Latviya münasibətlərinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək, strateji tərəfdaşlığımız səmərəli əməkdaşlığımız daha da genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Latviya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2023-cü il

 

Azərbaycan.- 2023.- 7 iyun.- S.2.