Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
Polis haqqında, Baytarlıq haqqında və Atçılıq haqqında Azərbaycan Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
868-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin Polis haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 1999-cu il 11 noyabr tarixli 205 nömrəli, Baytarlıq
haqqında Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə 2005-ci il 22 noyabr tarixli 316 nömrəli, Atçılıq
haqqında Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə 2007-ci il 22 may tarixli 580 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsində,
"Polis haqqında",
"Baytarlıq haqqında"
və "Atçılıq
haqqında" Azərbaycan
Respublikasının qanunlarında
dəyişiklik edilməsi
barədə" Azərbaycan
Respublikasının 2023-cü il 2 may tarixli
868-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. "Polis haqqında"
Azərbaycan Respublikası
Qanununun 14-cü maddəsinin
6-cı bəndində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
14-cü maddəsinin 6-cı bəndində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə
tutulur;
1.3. "Baytarlıq haqqında" Azərbaycan
Respublikası Qanununun
15.3-1-ci (hər iki halda) maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.4. həmin Qanunun
15.3-1-ci (birinci halda) maddəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə
tutulur;
1.5. həmin Qanunun
15.3-1-ci (ikinci halda) maddəsində "orqan
(qurum)" dedikdə Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi nəzərdə
tutulur;
1.6. "Atçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun
11.2-ci və 11.3-cü maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.7. həmin Qanunun
11.2-ci və 11.3-cü maddələrində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
(baytarlıq (baytarlıq-sanitariya)
qaydalarına riayət
edilməsinə münasibətdə)
nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti
"Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində, "Polis
haqqında", "Baytarlıq
haqqında" və
"Atçılıq haqqında"
Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2023-cü il 2 may tarixli 868-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. "Polis haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 11
noyabr tarixli 205 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 11, maddə 621; 2002, ¹ 12, maddə 719; 2008, ¹ 10, maddə
893, ¹ 11, maddə 966; 2014, ¹ 11, maddə 1383; 2018, ¹ 7 (I kitab),
maddə 1470) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. ikinci abzasda
"idarədaxili nəzarəti"
sözlərindən sonra"
sözləri "(birinci
halda)" sözləri
ilə əvəz edilsin;
3.2. üçüncü abzasda "idarədənkənar
nəzarəti isə"
sözlərindən sonra"
sözləri "(ikinci halda), 14-cü maddəsinin 6-cı bəndində"
sözləri ilə əvəz edilsin;
3.3. yeddinci abzasın
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
səkkizinci abzas əlavə edilsin:
"həmin Qanunun
14-cü maddəsinin 6-cı bəndində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi nəzərdə
tutulur.".
4. "Baytarlıq haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22
noyabr tarixli 316 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 11, maddə 1011; 2008, ¹ 8, maddə 718; 2009, ¹ 8, maddə
630; 2010, ¹ 3, maddə 186; 2015, ¹ 7, maddə 841; 2018, ¹ 4, maddə
672, ¹ 12 (I kitab), maddə
2553; 2019, ¹ 8, maddə 1386; 2020, ¹ 4, maddə 405, ¹ 5, maddə
562; 2022, ¹ 8, maddə 867; 2023, ¹ 2, maddə 246; Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 14 aprel tarixli 2100 nömrəli Fərmanı) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 2.1-ci bəndə
"16.2-ci" sözlərindən əvvəl "15.3-1-ci (hər
iki halda)," sözləri əlavə
edilsin;
4.2. 2.7-1-ci bənddə "16.2-ci
maddəsində" sözləri
"15.3-1-ci (birinci halda),
16.2-ci maddələrində" sözləri ilə əvəz edilsin;
4.3. 2.10-cu bəndin sonunda
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı
məzmunda 2.11-ci bənd
əlavə edilsin:
"2.11. həmin Qanunun
15.3-1-ci maddəsində (ikinci
halda) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının
Dövlət Gömrük
Komitəsi nəzərdə
tutulur.".
5. "Atçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 22 may tarixli 580 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007, ¹ 5, maddə
462; 2010, ¹ 5, maddə 402; 2017, ¹ 1, maddə 34; 2021, ¹ 12, maddə
1427) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 2.1-ci bənd 2.1-1-ci bənd hesab olunsun və aşağıdakı məzmunda
2.1-ci bənd əlavə
edilsin:
"2.1. "Atçılıq haqqında" Azərbaycan
Respublikası Qanununun
11.2-ci və 11.3-cü maddələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;";
5.2. 2.1-1-ci bənddə "Atçılıq haqqında"
Azərbaycan Respublikası
Qanununun" sözləri
"həmin Qanunun"
sözləri ilə əvəz edilsin;
5.3. 2.2-ci bənddən ",
11.2-ci, 11.3-cü" sözləri çıxarılsın;
5.4. aşağıdakı məzmunda 2.5-ci bənd əlavə edilsin:
"2.5. həmin Qanunun
11.2-ci və 11.3-cü maddələrində
"orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
(baytarlıq (baytarlıq-sanitariya)
qaydalarına riayət
edilməsinə münasibətdə)
nəzərdə tutulur.".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyun 2023-cü il
Azərbaycan .-2023.- 8 iyun.- S.2.