Azərbaycan
Respublikası Prezidentinin
Azərbaycan Respublikasının
ştatdankənar (fəxri)
konsulu haqqında Əsasnamə barədə
1997-ci il 21 aprel tarixli 575 nömrəli, Heyvanlar aləmi haqqında Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə əlavə tədbirlər
haqqında 2003-cü il
23 oktyabr tarixli 951 nömrəli, Ovçuluq
haqqında Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə 2004-cü il
26 may tarixli 69 nömrəli, Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında
2017-ci il 13 noyabr tarixli 1681 nömrəli və Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə Azərbaycan
Respublikasının 2018-ci il
23 fevral tarixli 1010-VQD nömrəli Qanununun tətbiqi və Baytarlıq haqqında Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 22
noyabr tarixli 316 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında 2018-ci il 16
aprel tarixli 1921 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 21
aprel tarixli 575 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 9, maddə 480; 2014, ¹ 9, maddə 1045; 2023, ¹ 1, maddə
75) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının ştatdankənar
(fəxri) konsulu haqqında" Əsasnamənin
11.1-ci və
12.1-ci bəndlərinə "Nazirliyinə" sözündən
sonra ", Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyinə və Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyinə" sözləri
əlavə edilsin.
2. "Heyvanlar aləmi
haqqında" Azərbaycan
Respublikası Qanununun
icrasının təmin
edilməsi barədə
əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2003-cü il 23 oktyabr tarixli 951 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 10, maddə
556) 1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
2.1. üçüncü abzasdan "35-ci maddəsinin
1-ci və" sözləri
çıxarılsın və
həmin abzasda "hissələrində" sözü
"hissəsində" sözü
ilə əvəz edilsin;
2.2. beşinci abzasın
sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
altıncı abzas əlavə edilsin:
"Həmin Qanunun
24-cü maddəsinin birinci
hissəsinin onuncu abzasında və 35-ci maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
və Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi
həyata keçirirlər.".
3. "Ovçuluq haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
26 may tarixli 69 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, ¹ 5, maddə 342; 2014, ¹ 12, maddə 1554) 2.4-cü bəndinə
"səlahiyyətlərini" sözündən sonra
"Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi
Agentliyi," sözləri
əlavə edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 13
noyabr tarixli 1681 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 11, maddə 2020; 2018, ¹ 5, maddə 896; 2020, ¹ 4, maddə
405, ¹ 9, maddə 1152, ¹ 12 (I kitab), maddə 1460; 2022, ¹
8, maddə 856, ¹ 10, maddə
1140) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Qida
Təhlükəsizliyi Agentliyi
haqqında Əsasnamə"də
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 3.0.11-1-ci yarımbənddə
"məhdudiyyət və
xəbərdarlıq təyinatlı
tədbirlər görmək"
sözləri "karantin
və ya məhdudiyyət tədbirləri
tətbiq etmək"
sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 3.0.33-23 - 3.0.33-26-cı yarımbəndlər əlavə
edilsin:
"3.0.33-23. ərazisində heyvanların xüsusi təhlükəli xəstəliklərinin
baş verməsi qeydə alınan xarici ölkələr və idxalı qadağan olunmuş mallar barədə məlumatların real vaxt rejimində aidiyyəti dövlət orqanının informasiya sisteminə ötürülməsini
təmin etmək;
3.0.33-24. heyvan xəstəliklərinin
diaqnostikası və profilaktikası üzrə
baytarlıq tədbirlərinin
həyata keçirilməsinə
nəzarət məqsədilə
hər bir heyvanı və ya heyvanlar qrupunu
müşahidə etməyə
imkan verən kənd təsərrüfatı
heyvanlarının identikləşdirilməsini
aparmaq;
3.0.33-25. heyvanlar üçün
bioloji preparatlar istehsalı obyektlərinin
baytarlıq qanunvericiliyinin
tələblərinə uyğunluğunun
uçotunu aparmaq üçün onların
qeydiyyatını həyata
keçirmək;
3.0.33-26. dövlət baytarlıq nəzarətinə
cəlb edilən məhsulların istehsalı,
tədarükü, saxlanması,
emalı və satışı, habelə
daşınması ilə
bağlı dövlət
baytarlıq nəzarəti
obyektlərinin yerləşdirilməsinə,
tikintisinə, bərpasına
və istismara verilməsinə rəy vermək;".
5. "Baytarlıq haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
2018-ci il 23 fevral tarixli 1010-VQD nömrəli
Qanununun tətbiqi və "Baytarlıq haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 16
aprel tarixli 1921 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 4, maddə 672) 1.5-ci bəndi
ləğv edilsin.
6. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
6.1. "Baytarlıq haqqında" Azərbaycan
Respublikası Qanununun
26.2-ci maddəsinə uyğun
olaraq, heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin baytarlıq
qanunvericiliyinin tələblərinə
uyğunluğunun uçotunu
aparmaq üçün
onların qeydiyyatı
qaydasını üç
ay müddətində
təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
6.2. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
7 iyun 2023-cü il
Azərbaycan.-2023.-
8 iyun.- S.2.