Baş nazir Əli Əsədov Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurasının
prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının
Baş naziri Əli Əsədov iyunun 7-də Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının
prezidenti Salvatore Şikitano ilə görüşüb.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Azərbaycanda
mülki aviasiyanın
inkişafı və aviasiya təhlükəsizliyi
sahəsində görülmüş
işlər barədə
ətraflı fikir mübadiləsi aparılıb.
Ölkəmizdə aviasiya
təhlükəsizliyi standartlarının
ICAO standartlarına uyğunlaşdırılması
təşkilat tərəfindən
yüksək qiymətləndirildiyi
diqqətə çatdırılıb.
İşğaldan azad edilmiş ərazilərdə istismara verilmiş hava limanlarının ICAO-nun beynəlxalq məkan indeksləri kataloquna daxil edildiyini bildirən Baş nazir bu bölgələrdə beynəlxalq aeroportların inşasının turizmin inkişafı baxımından vacibliyini vurğulayıb.
Azərbaycan.-2023.-
8 iyun.- S.2.