Baş nazir Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar
səfərə gəlib
İyunun 7-də Azərbaycan
Respublikasının Baş
naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin
sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi
(MDB) Hökumət Başçıları
Şurasının iclasında
iştirak etmək üçün Soçiyə
işgüzar səfərə
gəlib.
Nazirlər Kabinetinin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Baş nazir, həmçinin Avrasiya Hökumətlərarası Şurasının
iclasında və III Avrasiya Konqresində qonaq qismində iştirak edəcək.
Bundan əlavə, səfər çərçivəsində Əli Əsədovun xarici həmkarları ilə bir sıra ikitərəfli görüşləri də planlaşdırılır.
Azərbaycan.-2023.- 8 iyun.- S.2.