Lüdovit
Odor: Slovakiya Azərbaycanla münasibətlərin
daha da inkişafında
maraqlıdır
İyunun 7-də Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Slovakiyanın Baş naziri Lüdovit Odor ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə Azərbaycan
ilə Slovakiya arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni,
turizm, humanitar və digər sahələr üzrə əməkdaşlıq gündəliyində
duran məsələlər,
o cümlədən regional
və beynəlxalq təhlükəsizlik məsələləri
müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə
arasında mövcud dialoq, qarşılıqlı
səfərlər və
təmasların, o cümlədən
siyasi məsləhətləşmələrin
münasibətlərin inkişafına
mühüm töhfə
verdiyini bildirib. Bu sahədə əlaqələrin daha da inkişafı istiqamətində Azərbaycan
ilə Slovakiya arasında mövcud müqavilə-hüquq bazasının
genişləndirilməsinin əhəmiyyəti vurğulanıb
və səfər çərçivəsində imzalanmış sazişin
əhəmiyyəti qeyd
olunub.
İşğaldan azad
olunmuş ərazilərdə
aparılan genişmiqyaslı
bərpa və quruculuq işlərindən
bəhs edən nazir Ceyhun Bayramov
Slovakiya şirkətlərinin
və sərmayədarlarının
da görülən işlərə verə biləcəyi mümkün
töhfədən danışıb.
Baş nazir Lüdovit Odor Slovakiyanın Azərbaycanla
münasibətlərin daha
da inkişafında maraqlı olduğunu, bu istiqamətdə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2023.- 8 iyun.- S.4.