“ASAN Kommunal” mərkəzlərinin yaradılması
ilə bağlı tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
4 may tarixli 890 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“ASAN Kommunal” mərkəzlərinin
yaradılması ilə
bağlı tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 5, maddə
851) 3-cü hissəsinə “Azərişıq” Açıq
Səhmdar Cəmiyyəti,”
sözlərindən sonra
“Azəristiliktəchizat” Açıq
Səhmdar Cəmiyyəti,”
sözləri əlavə
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
8 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 9 iyun.- S.2.