Qərbi Azərbaycan İcmasının
yeni loqosu ictimaiyyətə təqdim
edilib
Bu barədə
Qərbi Azərbaycan İcması məlumat yayıb.
Bildirilib ki, təqdimat mərasimi ilə bağlı keçirilən mətbuat
konfransında icmanın
sədri, millət vəkili Əziz Ələkbərli media nümayəndələrinə loqo barədə məlumat verərək bildirib ki, loqonun
tərtibatında İrəvan
xanlığının bayrağında
yer alan Günəş və Azərbaycan dövlətinin
rəmzlərindən biri
olan səkkizguşəli
ulduz bir-biri ilə sintez edilərək Azərbaycan
bayrağının rənglərində
təcəssüm olunub.
Üçbucaq şəklində
olan hər bir ikon öz
evlərindən deportasiya
olunmuş qərbi azərbaycanlıları təmsil
etməkdədir. İkonların
üçkünc olması
rəmzi olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyi ilə yaşayan soydaşlarımızın
evlərinə doğru
olan istiqamətini ifadə etməkdədir. Üçbucaq ikonların
dairə şəklində
birləşməklə yaratdığı
birlik Qərbi Azərbaycan İcmasını
təmsil edir.
Mətbuat konfransında
loqonun tərtibatçısı,
Türkiyədə yaşayan
tanınmış azərbaycanlı
dizayner Adəm Yunisovun onlayn çıxışı dinlənilib.
Adəm Yunisov məhz onun dizayn etdiyi loqonun
seçilməsindən məmnunluğunu
ifadə edərək
İcmaya uğurlar diləyib.
Qeyd edək ki, Adəm Yunisov
1978-ci ildə Azərbaycanda
doğulub. Ali təhsilini Ankarada Hacettepe Universitetinin Kompüter mühəndisliyi
bölümündə alıb.
Türkiyədə şirkət
yaradan dizayner öz layihələri, qazandıqları uğurlarla
müxtəlif ölkələrdə
tanınır.
Adəm Yunisov ilk dəfə öz vətənində,
Bakıda keçirilən
Birinci Avropa Oyunlarının loqosunun müəllifi kimi məşhurlaşıb.
Türkiyə Cümhuriyyətinin
100 illiyinə həsr
olunmuş loqotip də onun əl
işidir.
Adəm Yunisov həmçinin Türk Dövlətləri Təşkilatının ali ordeni olan “Türk Dünyasının Ali Ordeni”nin dizayn müəllifidir.
Azərbaycan.-2023.- 8 iyun.- S.7.