Bakıda
keçirilən kitab
festivalına gənclər
daha çox maraq göstərirlər
Xəbər verildiyi
kimi, Milli Elmlər Akademiyasının
parkında Beynəlxalq Türk Müəllifləri Birliyinin,
Azərbaycan Yazıçılar
Birliyi, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyi, Milli Məclisin Mədəniyyət
komitəsi, Azərbaycan
Milli Elmlər Akademiyası, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq
Türk Mədəniyyəti
və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası,
TÜRKSOY, TÜRKPA, Yunus Əmrə
İnstitutu, İLESAM və
digər qurumların dəstəyi və təşkilatçılığı ilə Türk Dünyası Ədəbiyyat
və Kitab Festivalı (II LitBookFest) keçirilir.
Tədbirdə ziyalılar,
mədəniyyət və
incəsənət xadimləri,
ictimaiyyət nümayəndələri,
ali və orta ixtisas məktəblərində
təhsil alan gənc nəslin nümayəndələri fəal iştirak edirlər.
Tədbirin
təşkilatçılarından Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Qənirə
Paşayeva,
AMEA-nın prezidenti,
akademik İsa Həbibbəyli, AMEA-nın
Tarix İnsitutunun direktoru Kərim Şükürov, Xalq yazıçıları Anar,
Çingiz Abdullayev, Xalq şairi Sabir Rüstəmxanlı, AMEA-nın
vitse-prezidenti, akademik Dilqəm Tağıyev,
AMEA-nın Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
baş direktoru, akademik Teymur Kərimli və başqaları çıxış
edərək festivalın
böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni
əlaqələri daha
da gücləndirəcəyi
və gənc nəslin türk dünyasının böyük
şəxsiyyətlərini tanımasına yardım edəcəyini vurğuladılar.
Festival iştirakçısı -
BDU-nun Psixologiya fakültəsinin üçüncü
kurs tələbəsi
Zərnişan Babayeva
bizimlə söhbətində
dedi: "Ölkəmizdə
musiqi festivallarının,
idman yarışlarının,
eləcə də digər kütləvi tədbirlərin keçirilməsinə
şahidlik etmişdim.
Açığını deyim ki, ilk
dəfədir belə
möhtəşəm kitab
festivalına qatılıram.
İnanıram ki, Türkiyə Cümhuriyyətinin
qurulmasının Ümummilli
Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümlərinə
təsadüf edən
festivalın türk dünyasının sarsılmaz
birliyinə, eyni mədəniyyətə, ədəbiyyata,
tarixə malik olan türk dövlətlərinin əlaqələrinin
daha da möhkəmlənməsinə
öz töhfəsini
verəcək, xalqlarımız
arasında əlaqələri
daha da möhkəmləndirəcək".
Bu isə Memarlıq və İnşaat Universitetinin birinci kurs tələbəsi Aqil Şıxəliyevin ürək
sözləridir: "Tədbirə
tələbə yoldaşlarımla
birlikdə qatılmışam.
Bunu tələbəlik
həyatımın önəmli
hadisəsi hesab edirəm. Festivalın keçirilməsi Türkiyə-Azərbaycan
dostluq və qardaşlıq münasibətlərinin
daha da möhkəmlənməsinə
müstəsna təsiri
olacağı şübhəsizdir.
Eyni zamanda qeyd etməliyəm ki, belə tədbirlər
gənclərin kitaba olan marağını daha da artırır.
Mən və tələbə yoldaşlarım
faydalana biləcəyimiz
kitablar aldıq, respublikamızda və dünyada tanınan şair və yazıçılarla tanış
olmaq imkanı qazandıq. Bir məsələni də qeyd edim ki,
bura kitab almağa gələnlərin
böyük əksəriyyəti
gənclərdir. Bu da onu deməyə
əsas verir ki, gənclərimizin kitaba marağı çoxdur".
İyunun 11-dək davam
edəcək festival çərçivəsində təşkil olunan kitab yarmarkasında müxtəlif nəşriyyatlar
iştirak edirlər.
Festival hər gün bir ölkənin adı ilə - Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan,
Türkmənistan, Özbəkistan
və Macarıstan günü kimi adlandırılır. Eyni
zamanda müxtəlif elmi konfranslar, simpoziumlar, şeir saatları, imza günləri təşkil
olunur. Builki festivalda ilk dəfə olaraq yay kinoteatrı formatında filmlərin nümayişi də gözlənilir.
E.QƏNİYEV,
Azərbaycan.-.- 8 iyun.- S.8.