Azərbaycan
Respublikası Nazirlər Kabinetinin “İnternat məktəblərinin,
internat tipli liseylərin və gimnaziyaların rəhbər
işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi
və xidmətedici heyətinin nümunəvi ştatları
haqqında” 2006-cı il 23 iyun tarixli 157 nömrəli və
“Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə
uşaqların təhsilə, sosial və digər xidmətlərə
təhlükəsiz çıxışında bərabərliyin
təmin edilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında” 2023-cü il 13 yanvar tarixli 8 nömrəli qərarlarında
dəyişiklik edilməsi barədə
¹ 187
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, “Ümumi təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2022-ci il 30 dekabr tarixli 792-VIQD nömrəli Qanununun
icrasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“İnternat məktəblərinin, internat tipli liseylərin və
gimna-ziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat,
tədris-köməkçi və xidmətedici heyətinin
nümunəvi ştatları haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2006-cı il 23 iyun tarixli 157
nömrəli Qərarında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 6, maddə 581;
2007, ¹ 2, maddə 185; 2009, ¹ 10, maddə 857)
aşağıdakı dəyişikliklər edilsin:
1.1.
adında və 1-ci hissəsində “İnternat məktəblərinin,
internat tipli liseylərin və gimnaziyaların” sözləri
“Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərinin,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin,
internat tipli sanator ümumtəhsil məktəblərinin,
internat tipli liseylərin və internat tipli gimnaziyaların”
sözləri ilə əvəz edilsin;
1.2. həmin
Qərarla təsdiq edilmiş “İnternat məktəblərinin,
internat tipli liseylərin və gimnaziyaların rəhbər
işçilərinin, inzibati-təsərrüfat, tədris-köməkçi
və xidmətedici heyətinin nümunəvi ştatları”
üzrə:
1.2.1.
adında “İnternat məktəblərinin, internat tipli liseylərin
və gimnaziyaların” sözləri “Ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli
internat tipli ümumtəhsil məktəblərinin, internat
tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli
liseylərin və internat tipli gimnaziyaların” sözləri
ilə əvəz edilsin;
1.2.2. “Qeydlər.”
hissəsi üzrə:
1. 1-ci bəndin
birinci abzasında “internat məktəblərində” sözləri
“ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində,
internat tipli sanator ümumtəhsil məktəblərində,
internat tipli liseylərdə və internat tipli gimnaziyalarda”
sözləri ilə və ikinci abzasında “internatda, internat
tipli liseydə və gimnaziyada” sözləri “ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəbində, inteqrasiya təlimli
internat tipli ümumtəhsil məktəbində, internat tipli
sanator ümumtəhsil məktəbində, internat tipli liseydə
və internat tipli gimnaziyada” sözləri ilə, “internatda”
sözü isə “həmin təhsil müəssisələrində”
sözləri ilə əvəz edilsin;
2. 3-cü bənddə
“internat məktəblərində, internat tipli liseylərdə
və gimnaziyalarda” sözləri “ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəblərində,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində,
internat tipli sanator ümumtəhsil məktəblərində,
internat tipli liseylərdə və internat tipli gimnaziyalarda”
sözləri ilə əvəz edilsin;
3. 4-cü bənddə
“Sanatoriya tipli internat” sözləri “İnternat tipli sanator
ümumtəhsil” sözləri ilə əvəz edilsin;
4. 7-ci bənddə
“İnternat məktəbi, internat tipli liseylər və
gimnaziyalar” sözləri “Ümumi təyinatlı internat tipli
ümumtəhsil məktəbləri, inteqrasiya təlimli
internat tipli ümumtəhsil məktəbləri, internat tipli
sanator ümumtəhsil məktəbləri, internat tipli liseylər
və internat tipli gimnaziyalar” sözləri ilə əvəz
edilsin;
5. 8-ci bəndin
birinci cümləsində “İnternat məktəblərində,
internat tipli liseylərdə və gimnaziyalarda” sözləri
“Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində,
internat tipli sanator ümumtəhsil məktəblərində,
internat tipli liseylərdə və internat tipli gimnaziyalarda”
sözləri ilə və ikinci cümləsində “internat məktəblərində”
sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil
məktəblərində, inteqrasiya təlimli internat tipli
ümumtəhsil məktəblərində, internat tipli sanator
ümumtəhsil məktəblərində, internat tipli liseylərdə
və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz
edilsin;
6. 9-cu bəndin
birinci, beşinci və altıncı abzaslarında “internat məktəblərində”
sözləri “ümumi təyinatlı internat tipli ümumtəhsil
məktəblərində, inteqrasiya təlimli internat tipli
ümumtəhsil məktəblərində, internat tipli sanator
ümumtəhsil məktəblərində, internat tipli liseylərdə
və internat tipli gimnaziyalarda” sözləri ilə əvəz
edilsin;
7. 10-cu bənddə
“internat məktəblərinə, internat tipli liseylərə
və gimnaziyalara” sözləri “ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəblərinə,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinə,
internat tipli sanator ümumtəhsil məktəblərinə,
internat tipli liseylər və internat tipli gimnaziyalara” sözləri
ilə əvəz edilsin;
8. 11-ci bənddə
“İnternat məktəbinin, internat tipli liseyin və
gimnaziyaların” sözləri “Ümumi təyinatlı internat
tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli
internat tipli ümumtəhsil məktəblərinin, internat
tipli sanator ümumtəhsil məktəblərinin, internat tipli
liseylərin və internat tipli gimnaziyaların” sözləri
ilə əvəz edilsin;
9. 13-cü bənddə
“internat məktəblərində, internat tipli liseylərdə
və gimnaziyalarda” sözləri “ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəblərində, internat
tipli liseylərdə və internat tipli gimnaziyalarda” sözləri
ilə əvəz edilsin;
10. 14-cü
bənddə “İnternat məktəbində, internat tipli
liseylərdə və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəblərində,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində,
internat tipli sanator ümumtəhsil məktəblərində,
internat tipli liseylərdə və internat tipli gimnaziyalarda”
sözləri ilə əvəz edilsin;
11. 15-ci bənddə
“internat məktəblərinin” sözləri “ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəblərinin, inteqrasiya təlimli
internat tipli ümumtəhsil məktəblərinin, internat tipli
sanator ümumtəhsil məktəblərinin, internat tipli
liseylərin və internat tipli gimnaziyaların” sözləri
ilə əvəz edilsin;
12. 16-cı
bənddə “Orta internat məktəblərində, internat
tipli liseylərdə və gimnaziyalarda” sözləri
“Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərində,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində,
internat tipli sanator ümumtəhsil məktəblərində,
internat tipli liseylərdə və internat tipli gimnaziyalarda”
sözləri ilə əvəz edilsin;
13. 18-ci bənddə
“İnternat məktəblərində, internat tipli liseylərdə
və gimnaziyalarda” sözləri “Ümumi təyinatlı
internat tipli ümumtəhsil məktəblərində,
inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində,
internat tipli sanator ümumtəhsil məktəblərində,
internat tipli liseylərdə və internat tipli gimnaziyalarda”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 yanvar tarixli 8
nömrəli Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2023, ¹ 1, maddə 129) ilə təsdiq
edilmiş “Fövqəladə hallarda, pandemiya və bu kimi
xüsusi vəziyyətlərdə uşaqların təhsilə,
sosial və digər xidmətlərə təhlükəsiz
çıxışında bərabərliyin təmin edilməsi
Qaydası”nın 2.3.5-ci və 2.5.5-ci yarımbəndlərində
“ümumtəhsil internat məktəblərində” sözləri
“internat tipli ümumi təhsil müəssisələrində”
sözləri ilə əvəz edilsin.
Əli
Əsədov
Azərbaycan
Respublikasının Baş naziri
Bakı
şəhəri, 6 iyun 2023-cü il
Azərbaycan.-
2023.- 8 iyun.- S.3.