İctimai iştirakçılıq
haqqında Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
"İctimai iştirakçılıq
haqqında" Azərbaycan
Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, № 1, maddə 1; 2016, № 6, maddə 1009; 2019, № 6, maddə
990; Azərbaycan Respublikasının
2023-cü il 17 fevral tarixli 812-VIQD nömrəli
Qanunu) aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.0.4-cü maddədə "müvafiq
məsələlər barəsində"
sözləri ", habelə
mərkəzi, yerli
icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının müzakirə
etdiyi ictimai və yerli əhəmiyyətli
məsələlərlə bağlı" sözləri
ilə əvəz edilsin, həmin maddəyə "hazırlanması"
sözündən sonra
"(öyrənilməsi)" sözü əlavə edilsin.
2. 1.0.8-ci maddəyə
"layihələrinə" sözündən sonra
"və ya mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının müzakirə
etdiyi ictimai və yerli əhəmiyyətli
məsələlərə" sözləri əlavə
edilsin, həmin maddədə "mərkəzi
və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları" sözləri
"həmin orqanlar"
sözləri ilə əvəz edilsin.
3. 7.1.5-ci maddəyə
"ictimai" sözündən
sonra "və yerli" sözləri əlavə edilsin.
4. 16.1-ci və 17.1-ci maddələrə "layihələri"
sözündən sonra
"və ya müzakirə olunan ictimai və yerli əhəmiyyətli məsələlər" sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
30 may 2023-cü il
Azərbaycan.- 2023.- 10 iyun.- S.3.