“Dövlət qulluqçularının sosial
müdafiəsinin gücləndirilməsi
və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının
aylıq vəzifə
maaşının müəyyən
edilməsi haqqında”
2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının
aylıq vəzifə
maaşlarının müəyyən
edilməsi və “Dövlət qulluqçularının
aylıq vəzifə
maaşının müəyyən
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 13
mart tarixli 3787 nömrəli Sərəncamında
dəyişiklik edilməsi
barədə” 2019-cu il
18 iyun tarixli 1268 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Dövlət qulluqçularının
sosial müdafiəsinin
gücləndirilməsi və
Azərbaycan Respublikası
Prezidentinin “Dövlət
qulluqçularının aylıq
vəzifə maaşının
müəyyən edilməsi
haqqında” 2018-ci il
13 mart tarixli 3787 nömrəli, “Dövlət
qulluqçularının aylıq
vəzifə maaşlarının
müəyyən edilməsi
və “Dövlət qulluqçularının aylıq
vəzifə maaşının
müəyyən edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik
edilməsi barədə”
2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2022, ¹ 3, maddə 199; 2023, ¹ 1, maddə 49) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin Fərmana
1 nömrəli Əlavə
– “Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında,
Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsində, Azərbaycan
Respublikasının Xüsusi
Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik
Şurası katibinin xidmətində qulluq keçən dövlət
qulluqçularının aylıq
vəzifə maaşları”
üzrə:
1.1. 1.6-cı bənddə “xüsusi nümayəndəsi,
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında
şöbə müdiri”
sözləri “ Administrasiyasında
şöbə müdiri,
Naxçıvan Muxtar
Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsi,
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi” sözləri
ilə əvəz edilsin;
1.2. 1.9-cu bənddə “xüsusi nümayəndəsinin
müavini, Azərbaycan
Respublikası Prezidentinin
Administrasiyasında şöbə
müdirinin müavini”
sözləri “Administrasiyasında
şöbə müdirinin
müavini, Naxçıvan
Muxtar Respublikasında
Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli
nümayəndəsinin müavini,
Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin müavini”
sözləri ilə əvəz edilsin.
2. Həmin Fərmana
2 nömrəli Əlavə
– “Azərbaycan Respublikasında
dövlət qulluqçularının
aylıq vəzifə
maaşları”nın
1.4.1-ci yarımbəndinə “köməkçisi” sözündən
sonra “, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müşaviri, Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkilinin (ombudsmanın)
köməkçisi, Azərbaycan
Respublikasının İnsan
hüquqları üzrə
müvəkkilinin (ombudsmanın)
müşaviri” sözləri
əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
9 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 9 iyun.- S.2.