“İnzibati və yardımçı
vəzifələrin Təsnifat
Toplusunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
4 avqust tarixli 911 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
4 avqust tarixli 911 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2003, ¹ 8, maddə 440; 2006, ¹ 3, maddə 229, ¹ 6, maddə
498; 2007, ¹ 2, maddələr 86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə
714, ¹ 9, maddə 867, ¹ 10, maddə
948, ¹ 12, maddə 1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr
173, 179, ¹ 6, maddə 499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə
66, ¹ 6, maddələr 419, 421, 422; 2010, ¹ 2,
maddə 80, ¹ 3, maddə
183, ¹ 10, maddə 850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə
1078; 2013, ¹ 3, maddə 236, ¹ 8, maddə 901; 2014, ¹ 9, maddə
1027; 2016, ¹ 5, maddə 854, ¹ 6, maddələr 1029, 1073; 2017, ¹ 5, maddə 840, ¹ 8, maddələr
1519, 1521; 2018, ¹ 7 (I kitab), maddələr
1445, 1486, ¹ 11, maddə 2287; 2019, ¹ 1, maddə 76, ¹ 4, maddə
655, ¹ 6, maddə 1027, ¹ 7, maddə
1211, ¹ 8, maddə 1405; 2020, ¹ 4, maddə 423, ¹ 6, maddə
708; 2021, ¹ 2, maddələr 121, 133, ¹ 7, maddə 744, ¹ 9, maddə
982; 2022, ¹ 1, maddə 27, ¹ 4, maddə 303; 2023, ¹ 1, maddə
50) ilə təsdiq edilmiş “İnzibati və yardımçı
vəzifələrin Təsnifat
Toplusu”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.9.7-1-ci, 1.9.10-1-ci yarımbəndlər
ləğv edilsin.
2. Aşağıdakı məzmunda 1.9.9-4-cü, 1.9.9-5-ci, 1.9.11-1-ci,
1.9.11-2-ci yarımbəndlər əlavə edilsin:
“1.9.9-4. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli
nümayəndəsi;
1.9.9-5. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi;”;
“1.9.11-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsinin
müavini;
1.9.11-2. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.
3. 2.1.2-ci yarımbəndin 6-1-ci abzası
ləğv edilsin və həmin yarımbəndə aşağıdakı
məzmunda 8-4-cü və
8-5-ci abzaslar əlavə
edilsin:
“8-4. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli
nümayəndəsi;
8-5. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi;”.
4. 2.1.3-cü yarımbənd üzrə:
4.1. 1-1-ci abzas ləğv edilsin;
4.2. aşağıdakı məzmunda
2-1-ci və 2-2-ci abzaslar
əlavə edilsin:
“2-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəsinin
müavini;
2-2. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin müavini;”;
4.3. 13-cü abzasdan “, Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru” sözləri çıxarılsın.
5. 2.1.4-cü yarımbənd üzrə:
5.1. 4-2-ci abzas 4-3-cü abzas hesab olunsun və
aşağıdakı məzmunda
4-2-ci abzas əlavə
edilsin:
“4-2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan
Respublikası Prezidentinin
səlahiyyətli nümayəndəliyində
baş məsləhətçi,
böyük məsləhətçi,
aparıcı məsləhətçi,
məsləhətçi;”;
5.2. 19-cu abzasdan “, Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktorunun müavinləri”
sözləri çıxarılsın.
6. 2.1.6-cı yarımbəndin 8-ci abzasından,
2.1.7-ci yarımbəndin 1-ci abzasından və
2.3.3-cü yarımbəndin 1-ci abzasından “Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun,” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
9 iyun 2023-cü il
Azərbaycan. - 2023.- 9 iyun.- S.3.