Azərbaycanın və İranın xarici işlər
nazirləri arasında telefon danışığı olub
Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə
İran İslam Respublikasının xarici işlər naziri
Hüseyn Əmir Abdullahian arasında telefon
danışığı olub.
Xarici
İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildiriblər ki, telefon danışığı
zamanı Azərbaycanla İran arasında münasibətlərin
cari vəziyyəti, bəzi mövcud problemlər və
onların həlli məsələləri müzakirə
edilib.
Qeyd edilən
istiqamətlərdə iki ölkənin aidiyyəti
qurumları arasında danışıqların və
qarşılıqlı təmasların davam etdirilməsinə
dair razılıq ifadə olunub.
Telefon
danışığı zamanı, həmçinin bir
sıra regional məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.-
2023.- 10 iyun.- S.9.