Ceyhun Bayramov ilə Toivo Klaar regional
təhlükəsizlik məsələləri
ətrafında fikir mübadiləsi aparıblar
İyunun 9-da Azərbaycanın
xarici işlər naziri Ceyhun Bayramov
Avropa İttifaqının
Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb.
Xarici İşlər
Nazirliyinin Mətbuat xidməti idarəsindən
AZƏRTAC-a bildirilib ki,
görüş zamanı
tərəflər Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşma
prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq
tərəfdaşların vasitəçiliyi
ilə həyata keçirilən danışıqların
cari vəziyyəti, regional təhlükəsizlik
məsələləri ətrafında
fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun
olaraq nəqliyyat-kommunikasiyaların
açılması üzrə
aparılmış müzakirələr,
eləcə də delimitasiya məsələsi
üzrə Azərbaycan
tərəfinin mövqeyini
bir daha diqqətə çatdırıb.
Qarşı tərəf
Aİ-nin Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşdırılması
prosesinə dəstəyini
və bu istiqamətdə gələcəkdə
hər iki ölkənin siyasi rəhbərlikləri arasında
təmasların davam etdirilməsi üçün
səylərini əsirgəməyəcəklərini
bildirib.
Tərəflər, eyni zamanda, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan.- 2023.- 10 iyun.- S.9.