Energetika naziri Astana Beynəlxalq
Forumunda enerji təhlükəsizliyində “yaşıl
enerji”nin rolundan danışıb
Astana Beynəlxalq
Forumunda iştirak edən energetika naziri Pərviz Şahbazov “Bərpa olunan enerji sahəsində
regional inkişaf: enerji təhlükəsizliyinin
təmin olunmasının
alternativ yolları” mövzusuna həsr olunmuş sessiyada çıxış edib.
AZƏRTAC xəbər verir ki, “yaşıl
enerji”nin inkişafını enerji keçidi, ətraf mühitin mühafizəsi
siyasəti ilə yanaşı, enerji təhlükəsizliyi ilə
bağlı narahatlıqların
təşviq etdiyini vurğulayan nazir deyib ki, bərpa
olunan enerji mənbələri dayanıqlı
enerji təchizatı üçün diversifikasiyanı
təmin edən alternativlərdəndir.
Bildirilib ki, Azərbaycan “yaşıl enerji”ni özünün deyil, tərəfdaşlarının
enerji təhlükəsizliyini
təmin etmək və 2030-cu ilədək təmiz ətraf mühitə malik yaşıl artım ölkəsinə çevrilmək
üçün inkişaf
etdirir. Avropa İttifaqı ilə yenilənmiş strateji enerji tərəfdaşlığımıza
uyğun olaraq Azərbaycandan Avropa ölkələrinə əlavə
qaz tədarükünün
mənbələrindən biri
məhz “yaşıl enerji”dir.
Bərpa olunan enerji mənbələrindən
geniş istifadə imkan verir ki,
Azərbaycan həm “yaşıl enerji”nin ixracatçısı olsun,
həm də böyük həcmlərdə
qənaət edilmiş
qaz hesabına ixrac imkanlarını artırsın.
Həmçinin beynəlxalq
enerji şirkətləri
ilə 28 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıqdan,
AYİB-in dəstəyi
ilə həyata keçirilən “yaşıl
hidrogen”in istehsalı və ixracının kommersiya məqsədəuyğunluğunu
təsdiqləyən bazar
araşdırmasından, 2030-cu ilə qədər 7 QVt həcmində istehsal güclərinin istismara verilməsi və “yaşıl enerji”nin ixracı ilə bağlı planlardan bəhs edilib: “Yaşıl enerji”nin 4 QVt-nın “Xəzər-Avropa Yaşıl
Enerji Dəhlizi” ilə Avropaya, 1 QVt-nın isə “yaşıl enerji zonası” elan edilmiş Naxçıvan
üzərindən Türkiyə
və Avropa istiqamətində ixracı
nəzərdə tutulur.
Ölkəmizin Avropanın
enerji bazarına yeni statusda daxil
olması Aİ tərəfindən
dəstəklənir”.
Qeyd olunub ki, Azərbaycan neft-qaz resursları, onların dünya bazarlarına şaxələndirilmiş
infrastrukturlara çıxarılması
ilə bağlı strateji inkişaf təcrübəsini indi “yaşıl enerji” üzərinə transfer edir. Bu yeni
missiyanın həyata
keçirilməsində strateji
bələdçimiz isə
Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi və qətiyyətidir.
Tədbir panel müzakirələrlə
davam edib. Qazaxıstanın, həmçinin
tədbirdə təmsil
olunan ölkələrin
şirkətləri Azərbaycanda
“yaşıl enerji”, enerji keçidi üzrə layihələrdə
iştiraka dəvət
edilib.
Azərbaycan.- 2023.- 10 iyun.-
S.9.