Portuqaliya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Marselu Rebelu de Souzaya
Hörmətli cənab
Prezident,
Ölkənizin milli bayramı
– Portuqaliya Günü
münasibətilə Sizə
və xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Belə bir əlamətdar gündə
Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
dost Portuqaliya xalqına
daim firavanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 11 iyun.-
S.1.