SOCAR ilə “Oceaneering International” arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən NəcəfOceaneering International” şirkətinin prezidenti baş icraçı direktoru Roderick Larson ilə görüşüb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR iləOceaneering International” arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

Söhbət zamanı SOCAR-ın uzunmüddətli strategiyasından danışılıb, bu xüsusda dayanıqlı inkişafın gücləndirilməsi məqsədilə innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi bildirilib.

Görüşdə, həmçinin SOCAR-ın fəaliyyət göstərdiyi sahələrdə müasir texnologiyaların istifadəsi istiqamətində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşənOceaneering International” şirkəti beynəlxalq şirkətlərə mühəndislik xidmətləri avadanlıqlar təqdim edən, sualtı mühəndislik tətbiqi texnologiya şirkətidir.

 

Azərbaycan.- 2023.- 13 iyun.- S.4.