Maliyyə
Nazirliyində Səudiyyə
Ərəbistanının nümayəndə
heyəti ilə görüş
İyunun 12-də maliyyə
naziri Samir Şərifov Şuşa şəhərində keçirilən
Azərbaycan-Səudiyyə Ərəbistanı İşgüzar
Şurasının 2-ci iclasında
iştirak etmək üçün ölkəmizdə
səfərdə olan
Səudiyyə Ərəbistanı-Azərbaycan
Birgə İşgüzar
Şurasının həmsədri
Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüşüb.
Maliyyə Nazirliyindən
AZƏRTAC-a bildirilib ki,
nazir Samir Şərifov Azərbaycan
Respublikası hökuməti
ilə Səudiyyə
Ərəbistanı Krallığı
hökuməti arasında
Müştərək Komissiyanın
qərarı ilə yaradılmış Birgə
İşgüzar Şuranın
işini təqdir edib və Şuranın
2-ci iclasının ölkəmizin
işğaldan azad olunmuş ərazisində,
Qarabağın tacı
Şuşa şəhərində
keçirilməsinin xüsusi
əhəmiyyətini vurğulayıb.
Prezident İlham
Əliyevin rəhbərliyi
ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri barədə
məlumat verən Samir Şərifov Səudiyyə Ərəbistanı
Krallığının biznes
dairələrini bu işlərdə, həmçinin
ölkəmizə investisiya
yatırılmasında fəal
iştirak etməyə
dəvət edib.
Şuşaya səfəri
barədə təəssüratlarını
bölüşən Əli
Əl Dakhil qısa müddət ərzində görülən
işlərin şahidi
olduğunu, işğaldan
azad edilmiş ərazilərin böyük
enerji potensialına və geniş münbit torpaq ərazilərinə malik olduğunu vurğulayıb.
O, ölkələrimiz arasında
ticarət dövriyyəsinin,
həmçinin qarşılıqlı
investisiyaların həcminin
artırılması üçün
geniş imkanlar olduğunu vurğulayıb.
Görüşdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Orxan Məmmədov da iştirak edib.
Azərbaycan.- 2023.- 13 iyun.- S.4.