Azərbaycanın meyvə-tərəvəz məhsullarının
Səudiyyə Ərəbistanı
bazarına ixrac imkanları dəyərləndirilib
Kənd Təsərrüfatı
Nazirliyində Azərbaycanda
səfərdə olan
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə
İşgüzar Şurasının
həmsədri, “Al Rajhi
İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi nümayəndə heyəti
ilə görüş
keçirilib. Görüşdə
kənd təsərrüfatı
naziri Məcnun Məmmədov, nazir müavini Elçin Zeynalov, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri, Azərbaycan-Səudiyyə Ərəbistanı
Birgə İşgüzar
Şurasının həmsədri
Orxan Məmmədov iştirak ediblər.
Nazirliyin İctimaiyyətlə
əlaqələr və
informasiya təminatı
şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqları salamlayan nazir Məcnun Məmmədov Azərbaycanda
kənd təsərrüfatına
dövlət dəstəyi,
aqrar sahədə aparılan islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən son illərdə qeyri-neft sektoruna göstərilən
yüksək diqqət
nəticəsində aqrar
sektor yeni inkişaf mərhələsinə
qədəm qoyub. Həyata keçirilən
aqrar islahatlar kənd təsərrüfatının
daha da inkişafını
nəzərdə tutur
və bu məqsədlə dövlət
tərəfindən çox
böyük dəstək
tədbirləri həyata
keçirilir.
Görüşdə Azərbaycanın
aqrar sektorunun perspektivləri, hökumətin
aqrar sahədə prioritetləri, eləcə
də bu sahədə innovativ yeniliklər ətrafında
fikir mübadiləsi aparılıb. İki ölkə arasında aqrar sahədə əməkdaşlıq imkanlarını
dəyərləndirən tərəflər
kənd təsərrüfatı
məhsullarının idxal-ixrac
dövriyyəsinin artırılması,
ölkəmizdə aqrar
sahəyə investisiyaların
cəlbi məsələlərinə
toxunublar.
Azərbaycanın meyvə-tərəvəz
məhsullarının Səudiyyə
Ərəbistanı bazarına
ixracı imkanlarını
dəyərləndirən iştirakçılar
bildiriblər ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində
əlaqələrin genişləndirilməsi
üçün böyük
potensial var.
Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını bildirib, qarşılıqlı müzakirələrin davam etdirilməsini vacib olduğunu qeyd ediblər.
Azərbaycan.- 2023.- 13 iyun.- S.4.