Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri görüşüb

 

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, Kiçik Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovla Əhməd Əli Əl Dakhil arasında görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələrimiz arasında ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi investisiya layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişafına maraq ifadə olunub, İşgüzar Şura çərçivəsində hər iki ölkənin adamları arasında əlaqələrin genişləndirilməsi üçün növbəti addımlara dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2023.- 13 iyun.- S.4.