Xəzər
rayonundan olan şəhid övladları
Heydər Əliyev Mərkəzini ziyarət ediblər
Heydər Əliyev
Fondu ilə Çin Xalq Respublikasının Azərbaycan
Respublikasındakı səfirliyinin
əməkdaşlığı çərçivəsində Xəzər rayonundan olan Vətən müharibəsi şəhidləri
övladlarının Heydər
Əliyev Mərkəzinə
ziyarəti təşkil
edilib.
AZƏRTAC xəbər verir ki, tədbir
çərçivəsində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Çin Xalq Respublikasının Azərbaycandakı səfiri
Qo Min qəhrəman
şəhidlərimizin övladları
ilə görüşüblər.
Eləcə də Heydər Əliyev Fondu ilə Çinin Azərbaycandakı
səfirliyinin hədiyyəsi
olan noutbuklar uşaqlara təqdim edilib.
Sonra şəhid
övladları Heydər
Əliyev Mərkəzinin
binası, buradakı Heydər Əliyev Muzeyi, Ulu Öndərin
həyat və fəaliyyətinin müxtəlif
aspektlərini əks etdirən eksponatlar, “Azərbaycan inciləri”,
“Mini Azərbaycan” sərgiləri
ilə tanış olublar.
Milli Məclisin
deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr
departamentinin rəhbəri
Soltan Məmmədov Azərbaycanın azadlığı
uğrunda canlarından
keçmiş şəhidlərimizin
övladları ilə
Ümummilli Liderin adını daşıyan
mərkəzdə görüşməkdən
məmnunluğunu bildirib,
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın şəhid
ailələrinə və
qazilərə hər
zaman xüsusi həssaslıqla yanaşdığını
vurğulayıb, Heydər
Əliyev Fondunun Çin səfirliyi ilə sıx əməkdaşlıq etdiyini,
çoxsaylı birgə
layihələr həyata
keçirdiyini diqqətə
çatdırıb.
Çin Xalq Respublikasının Azərbaycandakı
səfiri Qo Min müharibələrdən
zərər çəkmiş
insanlara həssas münasibətin insani dəyərlərin nümunəsi
olduğunu qeyd edib. Səfirliyin Heydər Əliyev Fondu ilə əməkdaşlığı çərçivəsində bir sıra sosial
layihələr həyata
keçirdiyini bildirən
səfir bu cür təşəbbüslərə
dəstək verməkdən
qürur duyduğunu vurğulayıb.
Xəzər Rayon
İcra Hakimiyyətinin
başçısı Elşən
Salahov təşəbbüsə
görə Heydər Əliyev Fondunun rəhbərliyinə və
Çin Xalq Respublikasının Azərbaycandakı
səfirliyinə minnətdarlığını
ifadə edib, Azərbaycanda şəhid
ailələrinə dövlət
tərəfindən hər
zaman xüsusi qayğı və diqqət göstərildiyini
vurğulayıb. Bildirib
ki, dövlətin həyata keçirdiyi siyasətin əsas məqsədi şəhid
ailələrinin və
müharibə əlillərinin
sosial müdafiəsinin
gücləndirilməsinə nail olmaqdır.
Milli Məclisin
deputatı Rauf Əliyev Heydər Əliyev Fondunun və Çinin Azərbaycandakı səfirliyinin
birgə layihəsinin
böyük mənəvi-psixoloji
əhəmiyyətə malik
olduğunu qeyd edib, bu cür
təşəbbüslərin Azərbaycanda şəhid
ailələrinə dövlət
tərəfindən göstərilən
diqqətin və cəmiyyətin həssas münasibətinin göstəricisi
kimi qəbul edildiyini bildirib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, “Huawei Azərbaycan” şirkətinin rəhbəri Xu Hui və Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları da iştirak ediblər.
Azərbaycan.-
2023.- 13 iyun.- S.4.