Ümumdünya
Səhiyyə Təşkilatının
nümayəndələri ilə
görüş
İyunun 12-də Milli
Məclisin Səhiyyə
komitəsinin üzvləri
Ümumdünya Səhiyyə
Təşkilatının Avropa
Regional Ofisinin Milli Vərəm Proqramının
qiymətləndirməsi üzrə
nümayəndə heyəti
ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə
vərəm ilə mübarizədə əldə
olunan nailiyyətlərdən
söz açan Səhiyyə komitəsinin
sədri Əhliman Əmiraslanov Azərbaycan səhiyyəsində aparılan
islahatlardan danışaraq
səhiyyənin aktual
məsələlərinə Milli Məclisdə həssaslıqla yanaşdığını
diqqətə çatdırıb.
O, bu sahədə parlamentdə dinləmələrin
daim keçirildiyini, müzakirələrin aparıldığını,
qanunvericiliyin təkmilləşdirildiyini
qeyd edib.
Səhiyyə komitəsinin
üzvləri Soltan Məmmədov, Sədaqət
Vəliyeva və Məlahət İbrahimqızı
Azərbaycanın Ümumdünya
Səhiyyə Təşkilatı
(ÜST) ilə uğurlu
əməkdaşlığından söz açıblar, bu səmərəli əməkdaşlığa görə
qonaqlara təşəkkür
ediblər. Deputatlar bildiriblər ki, Ümumdünya Səhiyyə
Təşkilatı (ÜST) vərəmlə mübarizədə
hər zaman öz dəstəyini nümayiş etdirib.
Sonra görüşdə
Ümumdünya Səhiyyə
Təşkilatının Avropa
Regional Ofisinin Milli Vərəm Proqramının
qiymətləndirməsi üzrə
nümayəndə heyətinin
üzvləri Sayohat Hasanova, Cəvahir Süleymanova, Andrei Mosneaga, Cristina Celan, Askar Yedilbayev,
Oqtay Gözəlov, Elmi-Tədqiqat Ağciyər
Xəstəlikləri İnstitutunun
direktoru İradə Axundova və ATU-nun Ağciyər xəstəlikləri kafedrasının
müdiri Rafiq Bayramov Ümumdünya Səhiyyə Təşkilatının
tövsiyə və tələblərinə ölkəmizdə
ciddi əməl olunmasını, səhiyyə
sistemində aparılan
islahatları, icbari tibbi sığortanın fəaliyyətini yüksək
qiymətləndiriblər. Onlar
bu sahədə vərəmin diaqnostikası,
müalicəsi və
profilaktika tədbirləri
ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə səhiyyənin bəzi aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan. - 2023.- 13 iyun.-
S.5.