Z.İ.Əliyevin
Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən
azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 124-cü maddəsinin II hissəsini
rəhbər tutaraq qərara alıram:
Ziyəddin İsmayıl
oğlu Əliyev Quba Rayon İcra
Hakimiyyətinin başçısı
vəzifəsindən azad
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.-15 iyun.- S.2.