Tarixdə bənzəri olmayan qardaşlıq, dostluq, müttəfiqlik
Türkiyə Prezidenti Rəcəb Tayyub Ərdoğanın Azərbaycana dövlət
səfəri
İyunun 13-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü
keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Sizin dövlət
səfəriniz bizi çox məmnun edir. Şadam ki, prezident seçkilərindən
qısa müddət sonra Siz Azərbaycana
səfər edirsiniz. Bir daha sizi
qələbə münasibətilə
təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm
ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər
zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.
Biz bu gün Sizinlə artıq təkbətək
görüş əsnasında
bir çox məsələləri müzakirə
etdik. İndi heyətlər çərçivəsində
də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi,
qardaşlığı - bu,
beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik
amilidir. Prezident seçkilərində türk
xalqının Sizə
göstərdiyi inam bir daha Sizin
uzun illər ərzində Türkiyə
xalqına göstərdiyiniz
xidmətlərə verilən
yüksək qiymətdir.
Siz bilirsiniz ki, Sizi Azərbaycanda,
çox sevirlər. Siz bizim əziz
qonağımızsınız.
Mən yeni hökumət üzvlərini
də ürəkdən
təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram.
Dünən artıq bizim nazirlər və digər yüksəksəviyyəli rəsmilər
bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir. Hər
zaman olduğu kimi, bizim görüşlərimiz
həm görülən
işlərə yekun
vurur, eyni zamanda, növbəti illərdə görüləcək
işlərlə bağlı
yol xəritəsi cızır. Əminəm
ki, bu səfərdə
də belə olacaq. Bir daha
xoş gəlmisiniz.
x x x
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğan dedi:
- Hörmətli cənab
Prezident, əziz Qardaşım.
Hörmətli heyət
üzvləri.
Sizləri öz
adımdan, heyətim adından ən səmimi hisslərimlə
salamlayıram. Millətimizin
iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali
Kipri ziyarət etdik, sonra da
dərhal Bakıya gələrək Sizinlə
bir arada olduq. Göstərdiyiniz qonaqpərvərliyə görə
şəxsən öz
adımdan və heyətim adından səmimi təşəkkürlərimi
xüsusilə ifadə
edirəm.
Türkiyə-Azərbaycan qardaşlığı bütün
dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini
Türkiyədə baş
verən zəlzələ
fəlakəti zamanı
gördük. Azərbaycan
hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə
heyət göndərdilər.
Ürəyi bizimlə
döyünən hər
bir Azərbaycan vətəndaşına yenə
şəxsən öz
adımdan və millətim adından minnətdaram.
Şuşa Bəyannaməsi
ilə müttəfiqlik
səviyyəsinə yüksəltdiyimiz
əlaqələrimizi bütün
sahələrdə inkişaf
etdirməkdə qərarlıyıq.
Şuşadakı baş
konsulluğumuzu istədiyiniz
vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə
də heç gecikdirmədən, inşallah,
Şuşadakı baş
konsulluğumuz hər
an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj
olacaqdır.
Maarif Vəqfimiz
Azərbaycan qurumlarının
dəstəyi ilə təhsil-tədris sahəsində
fəaliyyətini davam
etdirir. İnşallah,
gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi
planlaşdırırıq.
Əziz qardaşımla təkbətək görüşümüzdə xüsusilə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmiryolu xəttini də bir an əvvəl müzakirə etməyimizdə fayda var.
Azərbaycan.-2023.- 14 iyun.- S.1-2.