“Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
890-VIQD nömrəli Qanununun
tətbiqi və Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan
Respublikası İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il
29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə”
2016-cı il 15 fevral tarixli 795 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı
inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nın təsdiq
edilməsi barədə”
2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
890-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin 394.0.8-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Məcəllənin
394.0.8-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 890-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. “Azərbaycan Respublikası
İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 2 (II kitab),
maddə 259, ¹ 3, maddə
460, ¹ 4, maddə 670, ¹ 6, maddələr
1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr
1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹
3, maddə 351, ¹ 4, maddələr
530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə
1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr
1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12
(I kitab), maddələr
2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr
418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918,
926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465,
1477, 1494, 1504, ¹ 8, maddələr 1678, 1697,
¹ 9, maddə 1840, ¹ 11, maddələr
2244, 2256, 2273, 2289, ¹ 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, ¹ 1, maddələr 52, 68, ¹ 3, maddə
426, ¹ 4, maddələr 602, 630, ¹ 5, maddələr 825, 846, 852, ¹ 6, maddələr
1035, 1046, ¹ 8, maddələr 1395, 1401, ¹ 11,
maddə 1700; 2020, ¹ 3, maddələr
238, 240, 241, ¹ 5, maddələr 540, 564, ¹ 6,
maddələr 691, 709, ¹ 7, maddələr
863, 880, 884, ¹ 8, maddələr 1027, 1032, ¹
9, maddə 1155, ¹ 11, maddə
1359, ¹ 12 (I kitab), maddə
1484; 2021, ¹ 1, maddə 36, ¹ 4, maddə 317, ¹ 5, maddə
444, ¹ 6 (I kitab), maddələr
565, 575, ¹ 7, maddələr 724, 728, 741, ¹
10, maddə 1101, ¹ 12, maddələr
1407, 1423; 2022, ¹ 1, maddə 28, ¹ 2, maddə 111, ¹ 4, maddələr
313, 323, ¹ 5, maddə 473, ¹ 8, maddələr 837, 861, 897, ¹ 12, maddə
1462; 2023, ¹ 1, maddələr 52, 66, 97, ¹ 2, maddələr 220, 226, 231, ¹ 3, maddələr
350, 360, 375; Azərbaycan Respublikası
Prezidentinin 2023-cü il
25 aprel tarixli 2120 nömrəli Fərmanı)
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 4.1-ci bəndə “395.1” rəqəmlərindən əvvəl
“394.0.8,” rəqəmləri əlavə edilsin;
3.2. 4.54-1-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi
ilə əvəz olunsun və aşağıdakı məzmunda
4.54-2-ci bənd əlavə
edilsin:
“4.54-2. həmin Məcəllənin
394.0.8-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi nəzərdə
tutulur;”;
3.3. 5.40-cı bənddə hər iki halda
“Tikinti” sözü “Şəhərsalma” sözü
ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 5, maddə 765, ¹ 9, maddə
1650, ¹ 10, maddə 1789, ¹ 12 (I kitab), maddələr 2314,
2321; 2018, ¹ 1, maddə 54, ¹ 2, maddələr 200, 219, ¹ 3, maddələr
416, 430, 448, ¹ 5, maddələr 916, 919, ¹ 6,
maddə 1243, ¹ 9, maddələr
1828, 1840, ¹ 11, maddələr 2274, 2289, ¹ 12
(I kitab), maddələr
2540, 2587, 2601; 2019, ¹ 1, maddə 82, ¹ 2, maddə 216, ¹ 3, maddə
431, ¹ 4, maddə 620, ¹ 5, maddələr
819, 824, 835, 866, ¹ 7, maddə 1221, ¹ 8, maddə 1388, ¹ 10, maddələr
1581, 1587, ¹ 11, maddələr 1700, 1710;
2020, ¹ 3, maddə 252, ¹ 5, maddələr
538, 564, ¹ 6, maddələr 710, 714, ¹ 7, maddələr 865, 880, ¹ 8, maddə
1032, ¹ 11, maddə 1345, ¹ 12 (I kitab), maddə 1484; 2021, ¹
1, maddə 33, ¹ 6 (I kitab),
maddə 566, ¹ 8, maddə
921, ¹ 12, maddələr 1407, 1423; 2022, ¹ 4, maddələr 305, 306, 323, 329, ¹ 7, maddə 728, ¹ 10, maddə
1146, ¹ 11, maddələr 1251, 1267, 1269; 2023,
¹ 1, maddələr 66, 97, ¹ 3, maddələr 346, 375; Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 8 aprel tarixli 2087 nömrəli,
11 aprel tarixli 2098 nömrəli və 25 aprel tarixli 2120 nömrəli fərmanları)
ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati
xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda
aşağıdakı dəyişikliklər
edilsin:
4.1. 31-1-ci hissədə “394-1-ci maddəsində” sözləri
“394.0.8-ci və 394-1-ci maddələrində”
sözləri ilə əvəz edilsin;
4.2. aşağıdakı məzmunda 31-12-ci hissə
əlavə edilsin:
“31-12. Məcəllənin 395.1-2-ci
maddəsində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
31-12.1. Azərbaycan Respublikası
Mənzil İnşaatı
Dövlət Agentliyinin
sərəncamına verilmiş
torpaq sahəsində bu qurumun sərəncamında
olduğu müddətdə
törədilməsi hallarına
münasibətdə Azərbaycan
Respublikasının Mənzil
İnşaatı Dövlət
Agentliyi adından – bu Siyahının
31-3-cü hissəsində nəzərdə
tutulan vəzifəli şəxslər;
31-12.2. digər hallarda
yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının 12-ci hissəsində
nəzərdə tutulan
vəzifəli şəxslər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 15 iyun.- S.5.