“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli
905-VIQD nömrəli Qanununun tətbiqi və “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli 905-VIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin
Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən
edilsin ki, “Məhkəmə-Hüquq Şurası haqqında”
Azərbaycan Respublikası Qanununun 6.2.6-cı maddəsində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi həyata
keçirir.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2023-cü il 9 iyun tarixli 905-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri həll
etsin.
3. “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 1,
maddə 17; 2006, ¹ 7, maddə 593; 2014, ¹ 3, maddə 248; 2015, ¹ 7,
maddə 828; 2015, ¹ 9, maddə 1010; 2017, ¹ 6, maddə 1093) 2-ci
hissəsində aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1-ci bənddən
“6.2.3-cü, 6.4-cü (birinci halda),” sözləri
çıxarılsın;
3.2. 2.2-ci bənddə
“6.2.1-ci, 6.2.10-cu, 6.3-cü, 6.4.cü (ikinci halda), 13.3-cü,
14.1-ci” sözləri “6.2.6-cı, 13.3-cü” sözləri ilə
əvəz edilsin.
İlham
Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 14 iyun 2023-cü il
Azərbaycan.-
2023.- 15 iyun.- S.5.