“Daşınmaz
əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 887-VIQD nömrəli
Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il
10 avqust tarixli 113 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Daşınmaz
əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 887-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun
8.0.10-1-ci maddəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun
8.0.10-1-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
887-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2004, ¹ 8, maddə
621; 2005, ¹ 2, maddə 64, ¹ 8, maddə 718; 2006, ¹ 7, maddə
590; 2007, ¹ 6, maddə 606; 2010, ¹ 4, maddə 287, ¹ 7, maddə
610; 2011, ¹ 11, maddə 998; 2013, ¹ 9, maddə 1052, ¹ 12, maddə
1509; 2014, ¹ 2, maddə 108, ¹ 4, maddə 361, ¹ 6, maddə
632; 2015, ¹ 7, maddə 827, ¹ 9, maddə 1016; 2016, ¹ 11, maddə
1825; 2017, ¹ 3, maddə 348; 2018, ¹ 2, maddələr 202, 203; 2020, ¹ 7, maddə
891, ¹ 12 (I kitab), maddə
1477; 2022, ¹ 8, maddə 852; 2023, ¹ 1, maddələr 72, 77) 4-cü hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 4.2.3-cü yarımbəndə
“7.2-ci” sözlərindən sonra “, 8.0.10-1-ci” sözləri
əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 4.2.3-1-ci yarımbənd
əlavə edilsin:
“4.2.3-1. həmin Qanunun
8.0.10-1-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 15 iyun.- S.6.