“Bələdiyyə
torpaqlarının idarə
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 885-VIQD nömrəli
Qanununun tətbiqi və “Bələdiyyə
torpaqlarının idarə
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Bələdiyyə
torpaqlarının idarə
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 885-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun 9.1-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun
9.1-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
885-VIQD nömrəli Qanunundan
irəli gələn məsələləri həll
etsin.
3. “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 9 avqust tarixli 548 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 8, maddə 524; 2016, ¹ 2, maddə 251; 2019, ¹ 5, maddə
843; 2023, ¹ 1, maddə 69) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. ikinci – dördüncü
abzaslar müvafiq olaraq 2.3 – 2.5-ci bəndlər
hesab olunsun və həmin hissəyə aşağıdakı
məzmunda 2.1-ci və
2.2-ci bəndlər əlavə
edilsin:
“2.1. “Bələdiyyə torpaqlarının idarə
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun 9.1-ci maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin Qanunun
9.1-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;”;
3.2. 2.3-cü bənddə “Bələdiyyə torpaqlarının
idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 15 iyun.- S.6.