“Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
888-VIQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
888-VIQD nömrəli Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikası
Qanununun 10-1-ci maddəsində,
10-2-ci maddəsinin birinci
(hər iki halda) və ikinci cümlələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Qanunun 10-1-ci maddəsində, 10-2-ci maddəsinin
birinci (ikinci halda) və ikinci cümlələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti
nəzərdə tutulur;
1.3. həmin Qanunun 10-2-ci maddəsinin birinci cümləsində (birinci
halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi və Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi nəzərdə
tutulurlar;
1.4. həmin Qanunun 10-2-ci maddəsinə uyğun olaraq qeyri-yaşayış
binalarının istismarına
icazə verilməsi ilə bağlı həmin binaların yükdaşıyan konstruksiyalarının
dayanıqlılıq, möhkəmlik
baxımından istismara
yararlılığı, yanğın
təhlükəsizliyi tələblərinə
cavab verməsi, qaldırıcı qurğuların
və digər təhlükə potensiallı
qurğu və konstruksiyaların istismara hazırlığı baxımından
müayinə olunmasına
görə Azərbaycan
Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin 91-ci maddəsində
təsbit edilmiş tikinti layihələrinin ekspertizadan keçirilməsi
ilə bağlı xərclər həcmində
xidmət haqqı ödənilir.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 888-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. “Azərbaycan Respublikası
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2019, ¹ 3, maddə
437, ¹ 10, maddə 1581; 2021, ¹ 12, maddə 1405; 2022, ¹ 4, maddə
306, ¹ 8, maddə 883) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 8.1-ci bəndə “tikinti obyektlərinə” sözlərindən
sonra “(“Azərbaycan
Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikası Qanununun
10-2-ci maddəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə
edilsin;
3.2. həmin Fərmanla təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma
Mərkəzinin göstərdiyi
ödənişli xidmətlərin
Siyahısı”na aşağıdakı
məzmunda “Qeyd” əlavə edilsin:
“Qeyd: “Azərbaycan Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
haqqında” Azərbaycan
Respublikası Qanununun
10-2-ci maddəsinə uyğun
olaraq tikinti obyektlərinin (çoxmənzilli
binalar istisna olmaqla) istismarına icazə verilməsi ilə bağlı sənədlərin kameral
şəraitdə təhlili
və bununla əlaqədar məlumatların
uçotunun təşkili
üçün bu Siyahının 5-ci hissəsi
ilə müəyyən
edilən xidmətlərə
görə haqqın məbləği həcmində
xidmət haqqı tətbiq edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 15 iyun.- S.6.