“Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
889-VIQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsində dəyişiklik
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 889-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası
Şəhərsalma və
Tikinti Məcəlləsinin
82-ci, 92-2.1-ci (hər iki
halda), 92-2.2-ci maddələrində,
92-2.3-cü maddəsinin birinci
(hər üç halda) və ikinci (hər iki halda) cümlələrində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Məcəllənin
82-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi nəzərdə
tutulur;
1.3. həmin Məcəllənin
92-2.1-ci (birinci halda) maddəsində, 92-2.3-cü maddəsinin
birinci (ikinci və üçüncü
hallarda) və ikinci (birinci halda) cümlələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi nəzərdə tutulur;
1.4. həmin Məcəllənin
92-2.1-ci (ikinci halda),
92-2.2-ci maddələrində, 92-2.3-cü
maddəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində
“orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının
Mənzil İnşaatı
Dövlət Agentliyi
(sərəncamına verilmiş
torpaq sahəsində Agentliyin sərəncamında
olduğu müddətdə
həyata keçirilən
tikinti niyyətlərinə
münasibətdə) nəzərdə
tutulur.
2. Azərbaycan Respublikası
Şəhərsalma və
Tikinti Məcəlləsinin
16.2-ci maddəsində nəzərdə
tutulmuş şəhərsalma
və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemində tikinti obyektlərinin tikintisinə
və istismarına icazə, habelə məlumatlandırma icraatlarının
həyata keçirilməsini
təmin edən “Elektron Tikinti Portalı” (bundan sonra – Portal) altsistemi yaradılsın.
3. Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi:
3.1. Portalın formalaşdırılmasını
2023-cü il noyabrın
1-dək təmin etsin;
3.2. aidiyyəti dövlət
orqanlarının (qurumlarının)
Portala çıxışını
təmin etsin;
3.3. Portala daxil
ediləcək məlumatların,
o cümlədən dövlət
sirrinin və qanunla qorunan digər məlumatların
mühafizəsinin təmin
olunması üçün
Azərbaycan Respublikasının
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidməti ilə birlikdə zəruri tədbirlər görsün;
3.4. bu Fərmandan
irəli gələn digər zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları”na uyğun
olaraq Portalın aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini
Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etsin.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. “Dövlət informasiya
ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası
və arxivləşdirilməsi
Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə
bağlı bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12
sentyabr tarixli 263 nömrəli Fərmanının
tələbləri nəzərə
alınmaqla, Azərbaycan
Respublikası Şəhərsalma
və Tikinti Məcəlləsinin 16.2-ci maddəsinə
uyğun olaraq şəhərsalma və
tikinti fəaliyyətinin
vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyəti qaydası,
eləcə də sistemə daxil edilən məlumatların
tərkibi, həmin məlumatların təqdim
edilməsi və işlənilməsi qaydalarının
layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
5.2. “Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
889-VIQD nömrəli Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
6. “Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə haqqında”
Azərbaycan Respublikasının
2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 9, maddə
847; 2014, ¹ 10, maddə 1196; 2015, ¹ 3, maddə 270, ¹ 5, maddə
531, ¹ 9, maddə 1006; 2016, ¹ 6, maddə 1059, ¹ 11, maddə
1824; 2017, ¹ 1, maddə 40, ¹ 5, maddə 825, ¹ 11, maddə
2012; 2018, ¹ 3, maddə 417, ¹ 5, maddə 910, ¹ 8, maddə
1676, ¹ 11, maddə 2289, ¹ 12 (I kitab), maddə 2616; 2019, ¹
3, maddə 434, ¹ 5, maddə
826, ¹ 10, maddə 1581; 2020, ¹ 5, maddə 559, ¹ 6, maddə
684, ¹ 7, maddə 891, ¹ 11, maddə
1341; 2021, ¹ 8, maddə 915, ¹ 12, maddə 1402; 2022, ¹ 3, maddə
219, ¹ 6, maddə 752; 2023, ¹ 3, maddə 377) aşağıdakı
dəyişikliklər edilsin:
6.1. 1.6.2-ci yarımbənd ləğv edilsin;
6.2. 4.1-ci bənd üzrə:
6.2.1. “20.4-cü” sözlərindən
əvvəl “16.2-ci maddəsində,”
sözləri əlavə
edilsin və “92-1.2-ci
(hər üç halda) maddələrində”
sözləri “92-1.2-ci (hər
üç halda),
92-2.1-ci (hər iki halda), 92-2.2-ci maddələrində,
92-2.3-cü maddəsinin birinci
(hər üç halda) və ikinci (hər iki halda) cümlələrində”
sözləri ilə əvəz edilsin;
6.2.2. “80.6-cı maddəsinin birinci cümləsində
(ikinci halda),” və “84.1-ci maddəsinin ikinci cümləsində
(ikinci halda),” sözləri çıxarılsın
və “82.1-ci (ikinci halda), 82.2-ci (ikinci halda)” sözləri “82-ci”
sözləri ilə əvəz edilsin;
6.3. 4.2-ci bənd üzrə:
6.3.1. “16.2-ci maddəsində,” sözləri çıxarılsın;
6.3.2. “83.0.5-ci, 83.0.6-cı” sözləri
“83.1.5-ci, 83.1.6-cı” sözləri ilə əvəz edilsin;
6.4. 4.7-ci bənddə “80.6-cı maddəsinin birinci cümləsində (birinci
halda), 82.2-ci (birinci halda), 89.2-ci (birinci halda) maddələrində”
sözləri “89.2-ci (birinci
halda) maddəsində”
sözləri ilə əvəz edilsin;
6.5. 4.7-1-ci bənddən “maddəsində, 75.14-cü maddəsinin
birinci cümləsində”
və “, 82.1-ci (birinci
halda)” sözləri çıxarılsın;
6.6. 4.7-3-cü bənddən
“75.14-cü maddəsinin birinci
cümləsində,” və
“80.6-cı maddəsinin birinci
cümləsində, 82.1-ci və 82.2-ci maddələrində,”
sözləri çıxarılsın;
6.7. 4.10-cu bənddən “82.1-ci (üçüncü halda),
82.2-ci (üçüncü halda),” sözləri çıxarılsın;
6.8. 4.20-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“4.20. həmin Məcəllənin
82-ci maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi nəzərdə
tutulur;”;
6.9. aşağıdakı məzmunda 4.21-ci və
4.22-ci bəndlər əlavə
edilsin:
“4.21. həmin Məcəllənin
92-2.1-ci (birinci halda) maddəsində, 92-2.3-cü maddəsinin
birinci (ikinci və üçüncü
hallarda) və ikinci (birinci halda) cümlələrində
“orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və
Arxitektura Komitəsi nəzərdə tutulur;
4.22. həmin Məcəllənin
92-2.1-ci (ikinci halda),
92-2.2-ci maddələrində, 92-2.3-cü
maddəsinin birinci (birinci halda) və ikinci (ikinci halda) cümlələrində
“orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının
Mənzil İnşaatı
Dövlət Agentliyi
(sərəncamına verilmiş
torpaq sahəsində bu qurumun sərəncamında
olduğu müddətdə
həyata keçirilən
tikinti niyyətlərinə
münasibətdə) nəzərdə
tutulur.”.
7. Bu Fərmanın
1.1-ci (82-ci maddəyə münasibətdə),
1.2-ci bəndləri, 6.2.2-ci, 6.3.2-ci yarımbəndləri və
6.4 – 6.8-ci bəndləri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan. - 2023.- 15 iyun.-
S.7.