“Azərbaycan Respublikasının
2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının
ayrılmasına dair sənədlərin hazırlanması
və razılaşdırılması
qaydaları haqqında
Əsasnamə”də dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 886-VIQD nömrəli
Qanununun tətbiqi və “Bələdiyyə
torpaqlarının ayrılmasına
dair sənədlərin
hazırlanması və
razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında
dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının 2002-ci il
15 mart tarixli 274-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə
torpaqlarının ayrılmasına
dair sənədlərin
hazırlanması və
razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 886-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Bələdiyyə torpaqlarının ayrılmasına
dair sənədlərin
hazırlanması və
razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
1.2. həmin Əsasnamənin
10-cu maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Azərbaycan Respublikasının
2002-ci il 15 mart tarixli 274-IIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının
ayrılmasına dair sənədlərin hazırlanması
və razılaşdırılması
qaydaları haqqında
Əsasnamə”də dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2023-cü il 30 may tarixli 886-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
3. “Bələdiyyə torpaqlarının ayrılmasına
dair sənədlərin
hazırlanması və
razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2002, ¹ 5, maddə 263; 2006, ¹ 8, maddə 666; 2007, ¹ 11, maddə
1110; 2014, ¹ 3, maddə 241; 2016, ¹ 2, maddə 251; 2019, ¹ 5, maddə
843; 2022, ¹ 12, maddə 1444) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
3.1. ikinci – beşinci
abzaslar müvafiq olaraq 2.3 – 2.6-cı bəndlər
hesab olunsun və həmin hissəyə aşağıdakı
məzmunda 2.1-ci və
2.2-ci bəndlər əlavə
edilsin:
“2.1. “Bələdiyyə torpaqlarının ayrılmasına
dair sənədlərin
hazırlanması və
razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 10-cu maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti
həyata keçirir;
2.2. həmin Əsasnamənin
10-cu maddəsində “orqan
(qurum)” dedikdə Azərbaycan Respublikasının
Prezidenti nəzərdə
tutulur;”;
3.2. 2.3-cü bənddə “Bələdiyyə torpaqlarının
ayrılmasına dair sənədlərin hazırlanması
və razılaşdırılması
qaydaları haqqında”
sözləri “həmin”
sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.-
2023.- 15 iyun.- S.8.