“Hüquqi yardım haqqında ərizələrin təqdim
olunması barədə”
Avropa Sazişi üzrə əlaqələndirici
orqanın, “Zorakı cinayətlərin qurbanlarına
vurulmuş ziyanın ödənilməsi haqqında”
Avropa Konvensiyası üzrə səlahiyyətli
orqanın və “Fərdi şəxslərin
odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət
haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Hüquqi yardım
haqqında ərizələrin
təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın,
“Zorakı cinayətlərin
qurbanlarına vurulmuş
ziyanın ödənilməsi
haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın
və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində
nəzarət haqqında”
Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, ¹ 7, maddə 488) 3-cü hissəsində “Ədliyyə
Nazirliyi” sözləri
“Baş Prokurorluğu”
sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
nəzərdə tutulan
dəyişiklik barədə
Avropa Şurasının
Baş katibinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 15 iyun.- S.5.