İtaliya Respublikasının
Prezidenti Zati-aliləri
cənab Sercio Mattarellaya
Hörmətli cənab
Prezident,
İtaliya Respublikası
Nazirlər Şurasının
keçmiş Sədri,
görkəmli dövlət
xadimi və ictimai-siyasi xadim Silvio Berluskoninin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Silvio Berluskoninin Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və əməkdaşlıq
münasibətlərinin inkişafında
və genişlənməsində
böyük töhfəsi
var idi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və bütün İtaliya xalqına dərin hüznlə başsağlığı
verirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 iyun 2023-cü il
Azərbaycan.-2023.- 14 iyun.-
S.5.