“Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının
tərkibi haqqında”
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2014-cü il 8 oktyabr tarixli 325 nömrəli Qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Energetika Nazirliyi haqqında Əsasnamə”nin
5.8-ci bəndinə əsasən
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası
Energetika Nazirliyinin kollegiyasının tərkibi
haqqında” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2014-cü il
8 oktyabr tarixli 325 nömrəli Qərarının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 10, maddə 1296; 2017, ¹ 11, maddə 2139; 2018, ¹ 2, maddə
353; 2021, ¹ 7, maddə 870; 2022, ¹ 3, maddə 270) 1-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1. “10” rəqəmləri “11” rəqəmləri ilə
əvəz edilsin.
2. “Kollegiyanın üzvləri:”
bölməsi üzrə:
2.1. beşinci abzasda
“elektroenergetika və enerji səmərəliliyi”
sözləri “elektrik
və istilik enerjisi” sözləri ilə əvəz edilsin;
2.2. altıncı, yeddinci
abzaslar müvafiq olaraq yeddinci, səkkizinci abzaslar hesab edilsin və
aşağıdakı məzmunda
altıncı abzas əlavə edilsin:
“Azərbaycan Respublikası
Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi şöbəsinin
müdiri;”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
12 iyun 2023-cü il
Azərbaycan.-2023.-
14 iyun.- S.6.