Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı
ilə təsdiq edilmiş “Mobil cihazların
qeydiyyatının aparılması
Qaydası”nda dəyişiklik edilməsi
haqqında
¹ 191
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Telekommunikasiya
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2022-ci il
27 dekabr tarixli 771-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə
Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 28 dekabr tarixli 212 nömrəli Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, ¹ 12, maddə
1257; 2014, ¹ 4, maddə 444, ¹ 6, maddə 747; 2016, ¹ 10, maddə
1717; 2018, ¹ 9, maddə 1930; 2019, ¹ 1, maddə 163; 2022, ¹ 4, maddələr
386, 414) ilə təsdiq
edilmiş “Mobil cihazların
qeydiyyatının aparılması
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. 1.1-ci bəndə “Qayda” sözündən sonra “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununa
müvafiq olaraq” sözləri əlavə
edilsin.
2. 1.2.4-cü yarımbənddə
“təsis edilmiş” sözləri “yaradılmış”
sözü ilə əvəz edilsin.
3. 3.2.1-ci yarımbənddə “, təkrar İMEİ nömrələri
olmayan” sözləri
“və ya surəti köçürülməyən”
sözləri ilə əvəz edilsin.
4. 3.2.2-ci yarımbənd üzrə:
4.1. birinci cümlədə
“təkrar” sözü
“dəyişdirilmiş və
ya surəti köçürülmüş” sözləri ilə əvəz edilsin;
4.2. ikinci cümlə
aşağıdakı redaksiya
verilsin:
“Mobil operator tərəfindən
İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara
(İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar
istisna olmaqla) telekommunikasiya xidmətlərinin
göstərilməsi qadağandır.”.
5. 3.3.1-ci yarımbəndə “dəyişdirildiyi” sözündən
sonra “və ya surətinin köçürüldüyü” sözləri əlavə
edilsin.
6. 5.3-cü bəndin birinci cümləsində
“və ya onun” sözləri “, habelə onun dəyişdirildiyi və ya” sözləri ilə əvəz edilsin.
7. 5.8-ci və 5.9-cu bəndlər
aşağıdakı redaksiyada
verilsin:
“5.8. Qeydiyyat mərkəzi
mobil cihazın
İMEİ nömrəsinin dəyişdirildiyini və
ya surətinin köçürüldüyünü müəyyənləşdirmək məqsədilə abunəçinin
mobil (sellülar) nömrəsinin MSİSDN-i və
İMSİ barədə məlumatları,
o cümlədən əməliyyat
növü, başlama
və bitmə vaxtı, davamiyyəti, olduğu yer, başlanğıc və son stansiyalar, baza stansiyaların identifikasiya parametrləri və yerləşmələri
barədə çağrı
qeydiyyat məlumatlarını
mobil operatorlardan informasiya sistemləri vasitəsilə onlayn qaydada əldə edir.
5.9. İMEİ nömrəsi dəyişdirilmiş, habelə
surəti bir və ya bir
neçə başqa
cihaza köçürülmüş
mobil cihazı ilk olaraq istifadə
etmiş abunəçinin
(onun mobil (sellülar) nömrəsinin)
müəyyənləşdirilməsi üçün həmin cihazın İMEİ nömrəsi
qara səhifəyə
daxil edildiyi tarixdən 3 (üç) ay əvvələdək olan dövr üzrə bu Qaydanın 5.8-ci bəndində
qeyd olunan məlumatların təhlili
aparılır.”.
8. Aşağıdakı məzmunda 6.7-ci bənd əlavə edilsin:
“6.7. Mobil cihazın qeydiyyatının
aparılmasından yayınmaq
məqsədilə mobil
cihazın İMEİ nömrəsinin
dəyişdirilməsi və
ya surətinin köçürülməsi, habelə
İMEİ nömrələri MCQS-nin qara səhifəsində
olan mobil cihazlara (İMEİ nömrələri
uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar
istisna olmaqla) telekommunikasiya xidmətlərinin
göstərilməsi Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
uyğun olaraq inzibati məsuliyyətə
səbəb olur.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
12 iyun 2023-cü il
Azərbaycan.-2023.-
14 iyun.- S.6.