Özbəkistan nümayəndə heyəti
ilə görüş
İyunun 13-də Milli
Məclisin İntizam komissiyasının sədri,
Özbəkistanla parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Eldar İbrahimov Özbəkistan
Respublikası xarici işlər nazirinin müavini Bobur Usmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
görüşdə Eldar
İbrahimov Azərbaycanın
Özbəkistanla əlaqələrin
hərtərəfli inkişafına
böyük əhəmiyyət
verdiyini deyib. Ölkələrimiz arasındakı
tarixi, mənəvi bağlardan söz açan komissiya sədri dövlət başçılarımızın yüksək səviyyəli
münasibətlərinin əməkdaşlığımızın
müasir dövrdə
dinamik inkişafına
təkan verməsindən
danışıb.
İkitərəfli əlaqələrin dərinləşməsində
qanunverici orqanların
özünəməxsus roluna
toxunan Eldar İbrahimov Milli Məclisin sədrinin ötən il Özbəkistana səfəri
çərçivəsində Azərbaycan və Özbəkistan qanunverici orqanları arasında əməkdaşlıq haqqında
sazişin və "Yol xəritəsi"nin imzalanmasını parlamentlərarası
əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar yaratdığını
bildirib.
Azərbaycanın işğalından
azad edilmiş ərazilərində aparılan
bərpa işlərində
Özbəkistanın iştirakından
bəhs edən Eldar İbrahimov Prezident Şavkat Mirziyoyev tərəfindən
özbək xalqı adından hədiyyə olaraq Füzuli rayonunda böyük məktəbin tikintisini ölkələrimiz arasında
qardaşlığın növbəti
addımı kimi qiymətləndirib və əməkdaşlığın möhkəmləndirilməsi barədə
fikirlərini bölüşüb.
Babur Usmanov qəbula görə təşəkkür edərək
Özbəkistanın dost
və qardaş Azərbaycanla əlaqələrin
daha da inkişaf
etdirmək niyyətini
vurğulayıb və
bu istiqamətdə yeni imkanların araşdırılmasından bəhs
edib.
Milli Məclisin
Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr
üzrə işçi
qrupunun üzvləri Cavanşir Paşazadə,
Elman Nəsirov və Özbəkistanın
Azərbaycandakı səfiri
Bahrom Aşrafxanov çıxış edərək
ölkələrimiz arasında
ikitərəfli əlaqələrin
inkişaf etdirilməsi
ilə bağlı fikirlərini səsləndiriblər.
Söhbətdə tərəfləri
maraqlandıran digər
məsələlər barədə
fikir mübadiləsi aparılıb.
Görüşdə deputatlar Aydın Hüseynov, Anar Məmmədov, Özbəkistan Xarici İşlər Nazirliyinin idarə rəisi Cahongir Əminov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-2023.-
14 iyun.- S.8.