Vitse-spiker
Adil Əliyev Mərakeşdə səfərdədir
Milli Məclisin
Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
Mərakeş Krallığında
səfərdə olan
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Kasablanka şəhərində Mərakeşin
Boks Federasiyasının
prezidenti Abdelkarim El Hilali və Taekvondo Federasiyasının
prezidenti Driss El-Hilali ilə görüşüb.
Görüşdə vitse-spiker Ümummilli Lider Heydər Əliyevin uğurlu idman siyasətindən, cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın uğurlu inkişaf mərhələsinə qədəm
qoymasından bəhs edib. Bu gün
Azərbaycanda bədən
tərbiyəsi və
idmanın kütləviləşdiyini,
idmançılarımızın beynəlxalq yarışlarda
böyük uğurlar
əldə etdiyini bildirən Adil Əliyev ölkəmizin dünyanın idman ölkələrindən birinə
çevrildiyini və
beynəlxalq olimpiya yarışlarına və
digər nüfuzlu idman tədbirlərinə
ev sahibliyi etdiyini diqqətə çatdırıb.
Söhbətdə idmanla
bağlı müxtəlif
mövzular müzakirə
edilib və gələcək əməkdaşlıq
perspektivləri barədə
fikir mübadiləsi aparılıb.
Görüşdə ölkəmizin Mərakeşdəki səfiri Nazim Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Azərbaycan.-2023.-
14 iyun.- S.8.