Qərbi
Azərbaycan İcması
beynəlxalq ictimaiyyəti
Ermənistana ciddi təzyiq göstərməyə
çağırır
Məlum olduğu
kimi, Ermənistan hökuməti bu ölkədən qovduğu
azərbaycanlıların qayıtmasına
imkan vermir və onların mədəni irsini dağıtmaqda davam edir. Ermənistan azərbaycanlıların öz
evlərinə qayıtmasına
hazırlıq məqsədilə
BMT-nin missiyasını
və Azərbaycan mədəni irsinin vəziyyətinin qiymətləndirilməsi
üçün UNESCO-nun
faktaraşdırıcı missiyasını qəbul etməkdən imtina edir. Bundan əlavə,
Ermənistan hökuməti
Qərbi Azərbaycan İcmasının dialoq çağırışlarına cavab vermir.
AZƏRTAC xəbər verir ki, bu
fikir Qərbi Azərbaycan İcmasının
mətbuata açıqlamasında
yer alıb.
Açıqlamada bildirilib
ki, bu azmış
kimi, Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaqda
davam edir. Bu ölkənin Xarici İşlər Nazirliyi bu gün
Azərbaycana hansısa
missiyanın göndərilməsinə
dair çağırış
etmiş və Azərbaycanı etnik təmizləmə aparmaq niyyətində olmaqda ittiham etmişdir.
Beynəlxalq hüququn
prinsiplərinə, o cümlədən
ərazi bütövlüyü
prinsipinə hörmətlə
yanaşdığını dəfələrlə bəyan
etmiş İcmamızın
dialoq çağırışına
cavab verməyən və öz ərazisində bir nəfər də olsun azərbaycanlı qoymamış Ermənistan
hökumətinin Azərbaycan
tərəfinin etnik təmizləmə niyyətində
olması kimi absurd iddia irəli
sürməsi və insan hüquqlarından danışması ən mənfur riyakarlıqdır.
Bütün bunlar Ermənistanın Azərbaycanafob
siyasətini və Azərbaycana qarşı ərazi iddiasını bariz şəkildə göstərir.
Qərbi Azərbaycan
İcması Ermənistan
hökumətindən beynəlxalq
hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməyi,
qovduğu azərbaycanlıların
beynəlxalq verifikasiya
və zəmanət mexanizmləri çərçivəsində
öz evlərinə təhlükəsiz və
ləyaqətli şəkildə
qayıtmalarına şərait
yaratmağı, bu məqsədlə BMT və
UNESCO-nun missiyalarını
qəbul etməyi tələb edir.
İcma, həmçinin beynəlxalq ictimaiyyəti Ermənistanı beynəlxalq hüquqa zidd davranışlardan, o cümlədən bizim qayıdış hüququmuza əngəl törətməkdən və Azərbaycana qarşı ərazi iddiasından çəkindirmək üçün bu ölkəyə ciddi təzyiqlər etməyə çağırır.
Azərbaycan.-2023.- 14 iyun.- S.8.