Naftalanla
Xorvatiyanın İvaniç-Qrad
şəhərləri qardaşlaşıb
Xorvatiya Respublikasının
İvaniç-Qrad və
Azərbaycanın Naftalan
şəhərləri arasında
əməkdaşlıq xartiyası
imzalanmışdır.
"Şəhər günü"nə təsadüf
edən tədbirdə
öncə Azərbaycan
nümayəndə heyəti
tədbir iştirakçıları
ilə birlikdə Xorvatiyada Vətən müharibəsində həlak
olan şəhidlərin
xatirəsinə ucaldılmış
abidəni ziyarət edərək önünə
əklil qoymuşlar.
Sonra İvaniç-Qrad
Şəhər Şurasının
böyük zalında
tədbir işini davam etdirmişdir. Şəhər fəallarının
və Naftalan nümayəndə heyətinin-
ŞİH başçısı Vüqar Novruzovun və ŞİH-in sektor müdiri Ülfət Əliyevin, Azərbaycanın Xorvatiyadakı
səfirinin birinci katibi Zaur Abbasovun
iştirakı ilə
dostluq və qardaşlıq haqqında
xartiya imzalanmışdır.
Sənədi Azərbaycan
tərəfindən Naftalan
Şəhər İcra
Hakimiyyətinin başçısı
Vüqar Novruzov və Xorvatiya tərəfindən İvaniç-Qrad
şəhərinin meri
Javor Bojan Les imzalamışlar.
Mərasimdə qeyd
edilmişdir ki, xartiyanın imzalanması şəhərlər arasında
humanitar, mədəni
və turistik əlaqələrin inkişafına
və hər iki dost ölkənin
sakinləri arasında
münasibətlərin qurulmasına
töhfə verəcək.
Sonra qarşlıqlı
xatirə hədiyyələri
təqdim olunmuşdur.
Günün sonunda
keçirilən ikitərəfli
görüşdə Naftalan
Şəhər İcra
Hakimiyyətinin başçısı,
İvaniç-Qrad şəhərinin
meri, Zaqreb regional əyaləti rəhbərinin müavini
Ervin Kolarec, Zaqreb regional əyalətinin Səhiyyə,
Sosial Rifah və Xorvat Veteranları üzrə inzibati Departamentinin rəhbəri xanım Ksenija Culyak iştirak etmişlər. Görüşdə vurğulanmışdır
ki, xartiyanın imzalanması xalqlarımızın
daha da yaxınlaşmasına,
oxşar dəyərlərin
paylaşılmasına geniş
imkanlar yaradacaqdır.
Həmçinin görüşdə
Naftalan və İvaniç-Qradın oxşar
şəhərlər olması,
iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının
əhəmiyyəti qeyd
olunmuşdur. Sonda İvaniç-Qrad şəhərinin
meri və nümayəndə heyəti
Azərbaycana - Naftalan
şəhərinə dəvət
olunmuşdur.
Sabir ƏLİYEV,
Azərbaycan.-2023.-
14 iyun.- S.12.