Azərbaycan
Respublikası Prezidentinin
“Tikintiyə dövlət
nəzarətinin həyata
keçirilməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında” 2014-cü il 17
noyabr tarixli 349 nömrəli,“Tikinti işlərinin dayandırılması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
2015-ci il 22 may tarixli 533 nömrəli, “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın
təsdiq edilməsi haqqında” 2015-ci il 22 may tarixli 534 nömrəli və “Bəzi tikinti obyektlərinə tikintiyə
icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi
ilə bağlı tədbirlər haqqında”
2018-ci il 28 dekabr tarixli 460 nömrəli fərmanlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikasının
Şəhərsalma və
Tikinti Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2023-cü il 30 may tarixli
889-VIQD nömrəli Qanununun
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2014-cü il
17 noyabr tarixli 349 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2014, ¹ 11, maddə 1389; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 4, maddə
546; 2019, ¹ 5, maddə 816; 2020, ¹ 6, maddələr 684, 693) ilə
təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata
keçirilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.2-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“2.2. Tikintiyə dövlət
nəzarətinin həyata
keçirilməsi məqsədləri
üçün tikintiyə
icazə, xüsusi nişan verildikdə, habelə barəsində məlumatlandırma icraatı
tətbiq edilən tikinti obyektlərinə münasibətdə tikinti
işlərinin başlanması
üçün Məcəllənin
80.4-cü maddəsində müəyyən
olunmuş əsas yarandıqda, bu barədə, habelə müvafiq tikinti layihəsi, tikinti layihəsinin memarlıq-planlaşdırma
və tikinti ərazisinin baş planı bölmələri
barədə Agentliyə
şəhərsalma və
tikinti fəaliyyətinin
vahid informasiya təminatı sistemi vasitəsilə real vaxt rejimində elektron qaydada məlumat verilməsi təmin edilir.”;
1.2. 2.3-cü bənd ləğv edilsin;
1.3. 2.10-cu bənd aşağıdakı
redaksiyada verilsin:
“2.10. Tikintiyə icazənin
tələb olunmasına
baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması
üçün əsas
olduğu hallarda belə nişan alınmadan, barəsində
məlumatlandırma icraatı
tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması
üçün Məcəllənin
80.4-cü maddəsində müəyyən
olunmuş əsas olmadan tikildikdə, həmin tikinti obyektlərində tikinti-quraşdırma
işlərinin dayandırılması
barədə Agentlik Məcəllənin 92-ci maddəsində
müəyyənləşdirilmiş qaydada qərar qəbul edir.”;
1.4. 2.11.1-ci yarımbənddə “icazənin surəti” sözləri “icazə” sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 22
may tarixli 533 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 5, maddə 539; 2017, ¹ 4, maddə 547; 2018, ¹ 7 (I kitab),
maddə 1462, ¹ 11, maddə
2240; 2019, ¹ 5, maddə 825; 2021, ¹ 1, maddə 36; 2023, ¹ 3, maddə
377) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması
Qaydası”nda aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 2.1.2-ci və 3.1.2-ci yarımbəndlərə “obyektinin”
sözündən sonra
“, habelə bitişik
və ya qonşu obyektlərin” sözləri əlavə
edilsin;
2.2. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“3.1.1. tikintiyə icazənin
tələb olunmasına
baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması
üçün əsas
olduğu hallarda belə nişan alınmadan, barəsində
məlumatlandırma icraatı
tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması
üçün Məcəllənin
80.4-cü maddəsində müəyyən
olunmuş əsas olmadan tikildikdə;”;
2.3. 3.1.4-cü yarımbənddə
“1 (bir) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 22
may tarixli 534 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 5, maddə 540; 2017, ¹ 4, maddə 548; 2018, ¹ 11, maddə
2240; 2020, ¹ 6, maddə 692) ilə
təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 2.1.2-ci yarımbəndə və 4.1-ci bəndə “alınmadan” sözündən
sonra “, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün
əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma
icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün
Məcəllənin 80.4-cü maddəsində müəyyən
olunmuş əsas olmadan” sözləri əlavə olunsun, həmin yarımbənddə
və bənddə “1
(bir) il” sözləri “6 (altı) ay” sözləri ilə əvəz edilsin;
3.2. 2.1.3-cü yarımbəndə
“obyektinin” sözündən
sonra “, habelə bitişik və ya qonşu obyektlərin”
sözləri əlavə
olunsun və həmin yarımbənddə
“2 (iki)” sözləri
“1 (bir)” sözləri
ilə əvəz edilsin;
3.3. 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərdə “2 (iki)”
sözləri “1 (bir)”
sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 28
dekabr tarixli 460 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 12 (I kitab), maddə
2617; 2019, ¹ 10, maddə 1581; 2020, ¹ 2, maddə 87, ¹ 12, maddə
1405; 2022, ¹ 8, maddə 846; Azərbaycan
Respublikası Prezidentinin
2023-cü il 5 iyun tarixli 2170 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə
icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər
edilsin:
4.1. aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:
“1.7. Bu Qaydada tikintiyə və tikinti obyektinin istismarına icazə icraatları üzrə müəyyən edilən
hərəkətlər şəhərsalma
və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.”;
4.2. 2-ci hissə üzrə:
4.2.1. 2.2-ci bəndə “uyğun” sözündən
sonra “elektron qaydada” sözləri əlavə edilsin;
4.2.2. 2.5-ci bəndin birinci cümləsi aşağıdakı redaksiyada
verilsin:
“Hazırlanmış tikinti layihəsi “Elektron imza və
elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq rəsmiləşdirilir.”;
4.3. 3-cü hissə üzrə:
4.3.1. 3.1-ci bəndin birinci cümləsindən
“və ya yazılı” sözləri
çıxarılsın;
4.3.2. 3.2.1-ci yarımbənddə “sənədin surəti” sözləri “sənəd”
sözü ilə əvəz edilsin;
4.3.3. 3.2.2-ci yarımbənddən
“kağız (yazılı
qaydada müraciət etdikdə) və elektron formada (hər biri 1 nüsxədə)” sözləri
çıxarılsın;
4.3.4. 3.2.3-cü yarımbənddə
“çıxarışın surəti” sözləri “çıxarış” sözü
ilə və “sənədin surəti” sözləri “sənəd”
sözü ilə əvəz edilsin;
4.3.5. 3.3-cü bəndin birinci cümləsindən
“təqdim edir və ya sifarişli
poçt göndərişi
vasitəsilə” sözləri
çıxarılsın;
4.3.6. 3.5.2-ci yarımbənddə
“ASAN Kommunal” və ya “ASAN xidmət” mərkəzlərinə, yaxud
kiçik və orta biznes evlərinə
(bundan sonra – KOB evləri)” sözləri “həmin müəssisələrə”
sözləri ilə əvəz edilsin;
4.3.7. 3.7-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“3.7. Təchizat müəssisələri
bu Qaydanın 3.5.2-ci yarımbəndinə uyğun
olaraq, onlara müraciətin daxil olduğu gündən 10 (on) gün müddətində
mühəndis-kommunikasiya təminatı
ilə bağlı texniki şərtləri tikintiyə icazə verən orqana elektron qaydada təqdim olunmasını təmin etməlidir.”;
4.3.8. 3.8-ci bənddə “verilməsi” sözü “verir” sözü ilə əvəz edilsin;
4.3.9. 3.9-cu bəndin birinci cümləsindən
“kağız və ya” sözləri çıxarılsın, həmin
cümlədə “icazənin
surətini, habelə tikinti layihəsinin bir nüsxəsini” sözləri “tikintiyə
icazəni və tikinti layihəsini” sözləri ilə əvəz edilsin və həmin bəndin dördüncü
cümləsi çıxarılsın;
4.4. 5.5-ci bəndin ikinci
cümləsinə “sifarişçiyə”
sözündən əvvəl
“elektron qaydada” sözləri əlavə
edilsin;
4.5. 6.4-cü bəndin birinci cümləsində
ikinci halda “verilməsi” sözü “verir” sözü ilə, ikinci cümləsində “verilir
və icazə verən orqanın məsul şəxsi onu imzalayır və möhürlə təsdiqləyir” sözləri
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq rəsmiləşdirilir”
sözləri ilə əvəz edilsin;
4.6. 7.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“7.1. Yeni tikinti
obyektinin inşasını
(o cümlədən mövcud
tikinti obyekti sökülərək yeni
binanın inşasını)
nəzərdə tutan
tikintiyə icazənin
verildiyi gün bu icazəni vermiş orqan obyektin tikintisinə icazəni, tikinti layihəsinin memarlıq-planlaşdırma
bölməsini və
tikinti obyektinin sifarişçisi barədə
məlumatları, tikintisinə
icazə tələb olunan tikinti obyektinin istismarına icazə verildiyi gün isə tikinti obyektinin istismarına icazəni daşınmaz əmlakın
dövlət reyestrini
aparan orqana elektron formada göndərir.”.
5. Bu Fərmanın
1.1-ci, 1.2-ci, 1.4-cü bəndləri və 4-cü hissəsi (bu Fərmanın 4.3.5-ci yarımbəndi istisna olmaqla) 2024-cü il yanvarın 1-dən qüvvəyə
minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 17 iyun.- S.5.