“Daşınmaz
əmlak üzərində
hüquqların dövlət
qeydiyyatı üçün
sənədlərin qəbulu,
yoxlanılması və
verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə,
bu əmlak üzərində dövlət
reyestrində qeydə
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayışın verilməsi
haqqında Təlimat”ın
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarında
dəyişiklik edilməsi
haqqında
¹ 194
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası
Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər
tutaraq, “Daşınmaz
əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2022-ci il 29 noyabr tarixli 652-VIQD nömrəli
Qanununun icrasını
təmin etmək məqsədilə Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərara alır:
“Daşınmaz əmlak
üzərində hüquqların
dövlət qeydiyyatı
üçün sənədlərin
qəbulu, yoxlanılması
və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə,
bu əmlak üzərində dövlət
reyestrində qeydə
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayışın verilməsi
haqqında Təlimat”ın
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli Qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, ¹ 10, maddə 1233; 2016, ¹ 8, maddə 1434, ¹ 10, maddə
1718; 2017, ¹ 2, maddə 317, ¹ 5, maddə 993, ¹ 10, maddə
1927, ¹ 12 (II kitab), maddələr
2485, 2540; 2018, ¹ 4, maddə 790, ¹ 8, maddə 1803, ¹ 10, maddə
2167; 2019, ¹ 3, maddələr 555, 566, ¹ 5, maddə 967, ¹ 7, maddə
1325; 2021, ¹ 3, maddə 296, ¹ 12, maddə 1510) aşağıdakı
dəyişikliklər edilsin:
1. Həmin Qərarla
təsdiq edilmiş 1 nömrəli əlavə
- “Daşınmaz əmlak
üzərində hüquqların
dövlət qeydiyyatı
üçün sənədlərin
qəbulu, yoxlanılması
və verilməsinin prosedur Qaydaları”na aşağıdakı məzmunda
1.4-cü bənd əlavə
edilsin:
“1.4. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin
nəticəsi olaraq tərtib və (və ya) təsdiq
edilmiş sənədlər
əsasında aparıldıqda,
sənədlərin qəbulu
elektron qaydada notarius və ya qanunla müəyyən
edilmiş hallarda bu cür notariat
hərəkətlərini etməyə
hüququ olan vəzifəli şəxslər
tərəfindən Elektron
Hökumət İnformasiya
Sistemi vasitəsilə
göndərilmiş sənədlər
və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət
və digər əşya hüquqlarının
dövlət reyestrində
qeydiyyatının aparılması
üçün ərizə
hesab olunur.”.
2. Həmin Qərarla
təsdiq edilmiş 2 nömrəli əlavə
- “Daşınmaz əmlakın
təsvirinə, bu əmlak üzərində
dövlət reyestrində
qeydə alınmış
hüquqlara və onların məhdudlaşdırılmasına
(yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”da aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 2.2-ci bəndə “digər şəxslərə”
sözlərindən sonra
“(daşınmaz əmlak barəsində notariat hərəkətinin
aparılması ilə
bağlı notarius və qanunla müəyyən edilmiş
hallarda notariat hərəkətini aparmağa
hüququ olan digər vəzifəli şəxslər istisna olmaqla)” sözləri əlavə edilsin;
2.2. 2.4-cü bənd aşağıdakı redaksiyada
verilsin:
“2.4. Daşınmaz əmlak
barəsində notariat
hərəkətlərinin aparılması ilə bağlı dövlət reyestrindən daşınmaz
əmlaka dair çıxarış, həmin
əmlakın təsviri,
bu əmlak üzərində qeydiyyata
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
dövlət reyestrindəki
məlumatlar notarius və ya qanunla
müəyyən edilmiş
hallarda notariat hərəkəti etməyə
hüququ olan digər vəzifəli şəxslər tərəfindən
dövlət reyestrindən
Qanunun 5.6-cı maddəsində
nəzərdə tutulan
məlumat və sənəd mübadiləsi
qaydasında Elektron Hökumət İnformasiya
Sistemi vasitəsilə
real vaxt rejimində əldə edilir. Həmin sənəd və məlumatlar müvafiq informasiya sistemində elektron formada avtomatlaşdırılmış qaydada əks olunur.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş
naziri
Bakı şəhəri,
14 iyun 2023-cü il
Azərbaycan.- 2023.- 17 iyun.- S.6.