TANAP gələcəyə
qoyulan dəyərli sərmayədir
Hazırda Azərbaycan
6 ölkəyə - Gürcüstan,
Türkiyə, Yunanıstan,
İtaliya, Bolqarıstan
və Rumıniyaya qaz ixrac edir.
Yaxın gələcəkdə
ixracın coğrafiyası
xeyli genişlənəcək.
Çünki son
bir il yarımda
daha neçə ölkə Azərbaycana müraciət edərək buradan
qaz almaq arzusunu bildirib. Eyni zamanda bu
gün Avropadakı mövcud idxalçıların
da onlara çatdırılan mavi yanacağın artırılmasına
ehtiyacları var.
İxracın həcminin
artırılması və
coğrafiyasının genişləndirilməsi
isə kompleks tədbirlərin həyata
keçirilməsini tələb
edir. Hasilat artırılmalıdır, nəql
infrastrukturu təkmilləşdirilməlidir,
yeni interkonnektorlar tikilməlidir və s. Bir sözlə, zaman "Cənub qaz dəhlizi"nin genişləndirilməsi məsələsini
gündəmə gətirib.
3500 kilometrlik bu dəhlizin Avropa qolu olan TAP-ın
(Trans-Adriatik Qaz Boru Kəməri) ötürücülük gücü
artırılmalıdır. TANAP (Trans-Anadolu Qaz Boru
Kəməri) genişləndirilmədən
isə bu, mümkün deyil. Axı Azərbaycan qazını Avropaya aparan yol Türkiyədən
keçir.
Beləliklə, Azərbaycanın
və Türkiyənin
birgə layihəsi olan TANAP-ın əhəmiyyəti getdikcə
artır. Təsadüfi
deyil ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana
səfəri zamanı
hər iki dövlət başçısının
mətbuata bəyanatında
enerji məsələlərinə,
o cümlədən qaz
ixracı mövzusuna da toxunulub. Azərbaycan
Prezidenti İlham Əliyev öz bəyanatında deyib:
"Məmnunluq hissi ilə qeyd etdik
ki, ticarət dövriyyəsi sürətlə
artır və artıq 6 milyard dollara yaxınlaşıbdır
və gələcəkdə
daha da artacaq.
Çünki birgə
həyata keçirəcəyimiz
layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan
Türkiyəyə təbii
qazın ixracı artmaqdadır, ildən-ilə
artır və bu gün biz
razılığa gəldik
ki, bundan sonra da artacaq.
Bununla paralel olaraq Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın
qaz ixracı artmaqdadır, buna da böyük tələbat var.
Enerji sahəsində
bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən,
yəni bərpaolunan enerji növləri üzrə əməkdaşlıq
haqqında fikir mübadiləsi apardıq.
Biz bu gün
həm qaz, həm neft, həm neft məhsulları,
neft-kimya məhsulları,
elektrik enerjisi sahələrində fəal
əməkdaşlıq edirik".
Bu fəal əməkdaşlıqda TANAP-ın
rolu, qeyd etdiyimiz kimi, misilsizdir. Xatırladaq ki, TANAP genişləndirilmiş
CQBK (Cənubi Qafqaz Boru Kəməri) və TAP-la birlikdə "Cənub qaz dəhlizi"ni yaradan bir layihədir.
Bu kəmər "Cənub qaz dəhlizi"nin ən böyük hissəsi və birləşdirici halqasıdır. Belə ki, TANAP Türkiyənin Gürcüstanla sərhədində,
Ərdəhanın Posof
bölgəsindəki Türkgözü
kəndindən başlayaraq
Qars, Ərzurum, Ərzincan, Ankara, Əskişəhər, Bilecik,
Bursa, Çanaqqala da daxil olmaqla
20 vilayətdən keçir.
Bu boru xəttinin
uzunluğu 1850 kilometrdir.
Kəmər Yunanıstan
sərhədində Ədirnənin
İpsala bölgəsində
başa çatır.
2019-cu il noyabrın
29-da burada TANAP-la TAP birləşdirilib.
TANAP-la bağlı
Azərbaycan və Türkiyə arasında
2011-ci il dekabrın
24-də anlaşma memorandumu
və 2012-ci il iyunun 26-da hökümətlərarası
saziş imzalanıb.
2015-ci il martın 17-də
isə Türkiyənin
Qars vilayətinin Selim rayonunda TANAP-ın təməlqoyma mərasimi keçirilib. Kəmərin 2018-ci il iyunun 12-də Əskişəhərin
Seyidqazi rayonunda baş tutan açılış mərasimində
Azərbaycan, Türkiyə,
Ukrayna, Serbiya, Şimali Kipr Türk Cümhuriyyətinin
prezidentləri iştirak
ediblər.
Serbiya Prezidenti
Aleksandar Vuçiç
hələ o zaman vurğulamışdı ki,
TANAP sıradan
bir layihə deyil: "Bu qaz boru kəmərini
istifadəyə verməklə
ilk nöbbədə Cənub-şərqi Avropada
çox mühüm bir addım atmış oluruq. Eyni zamanda bu
layihə Avropanın bu hissəsinin enerji təhlükəsizliyini
təminat altına alır. Bütün bunlar bizim əməkdaşlığımızı
dəstəkləyəcək. Serbiya bu cür
layihələrə qoşulmağa
böyük istək duyan bir ölkədir.
TANAP regionun bütün
ölkələrinin iqtisadiyyatına
çox böyük töhfə verəcək".
İndi bu fikirlər çoxdandır
həqiqətə çevrilib.
Rəqəmlərə diqqət
yetirək. Energetika Nazirliyinin məlumatına
görə, bu ilin yanvar-may aylarında ölkəmizdən xaricə
qaz satışı
10,3 milyard kubmetr təşkil edib. Bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz
çoxdur. İlin ilk beş ayında
Avropaya 4,8 milyard , Türkiyəyə 4,3 milyard, Gürcüstana isə 1,2 milyard kubmetr mavi yanacaq
satılıb. Bu müddətdə Türkiyəyə
TANAP-la 2,4 milyard kubmetr qaz nəql
olunub. Məlumdur ki, Avropaya göndərilən
4,8 milyard kubmetr qaz da mənzilbaşına
TANAP-ın borularından
keçərək çatıb.
Dövlət başçısı
öz çıxışlarında
dönə-dönə qeyd
edib ki, "Cənub qaz dəhlizi" layihəsi yekunlaşıb, ancaq görüləcək işlərimiz
hələ çoxdur.
Bu məsələ Türkiyə Prezidentinin ölkəmizə dövlət
səfəri zamanı
keçirilən görüşlərdə,
eləcə də bəyanatlarda özünə
yer aldı. Rəcəb Tayyib Ərdoğan öz bəyanatında belə dedi: "Ən vacib məsələlərdən
biri də məlum olduğu kimi, enerjidir. Enerji sahəsində istər TANAP, istərsə
də TAP ilə bağlı illərdən
bəri görülən
işlər var. Bu işlərin təfərrüatlarını da nazirlərimiz öz aralarında müzakirə etdilər. Həmçinin bununla bağlı bundan sonrakı dövrdə görəcəyimiz işlər
müzakirə olundu. Avropa enerji sahəsində,
xüsusilə Türkiyə
vasitəsilə alacağı
qaz məsələsində
çox narahatdır.
Buna görə davamlı xahişlər edirlər. Bu məsələ ilə əlaqədar biz üzərimizə düşən
işi görürük
və bundan sonra da həyata
keçirməkdə davam
edəcəyik".
Qarşıda çox
mühüm, çox
gərəkli işlər
dayanır. Azərbaycan
və Türkiyə gördükləri bu işlərlə təkcə
öz ölkələrimizin
deyil, bütün Avropanın enerji təhlükəsizliyinə böyük
töhfələr verirlər.
Birgə layihəmiz olan TANAP isə, obrazlı desək, gələcəyə qoyulan
olduqca dəyərli bir sərmayədir.
Flora SADIQLI,
Azərbaycan.-2023.-
22 iyun.- S.1;5.