Azərbaycan-Türkiyə
hərbi əməkdaşlığı
artıq qlobal miqyasda təhlükəsizliyin
təminatçısıdır
Tarixinin ən qüdrətli dövrünü
yaşayan Azərbaycan
İkinci Qarabağ müharibəsində öz
hərbi gücünü
dünyaya nümayiş
etdirərək silahlı
qüvvələrinin potensialını,
nəyə qadir olduğunu göstərmiş
oldu.
Bəşər tarixində
ilk "smart müharibə" aparan dövlət kimi dünya hərb salnaməsinə adını
yazdıran Azərbaycan
bu gün də silahlı qüvvələrinin gücünə
güc qatmaqdadır. Müharibədən keçən
iki il yarım
ərzində aparılan
islahatlar və yeni silahlı birləşmələrin yaradılması,
müasir texnika ilə təchizat, ən nəhayət, hərbi təlimlər döyüş qabiliyyətini
daha da yüksəldir.
Azərbaycan Silahlı
Qüvvələrinin istər
yüksək mənəvi-psixoloji
hazırlığı, döyüş
ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi
olaraq qəbul edilir. Vətən müharibəsindən sonra
isə ordunun daha da modernləşməsi
istiqamətində qarşıya
yeni vəzifələr,
tələblər qoyulub
və bu gün həmin proses uğurla davam etdirilir.
Bu bir həqiqətdir ki, İkinci Qarabağ müharibəsində əldə
edilən zəfər
illərlə keçirilən
təlimlərin, alınan
silah-sursatların, texnikalardan
yararlanma və ən başlıcası,
vahid komandanlıq sisteminin idarəedilməsinin
uğurlu nəticəsidir.
Vətən savaşında
böyük döyüş
təcrübəsi toplayan
Silahlı Qüvvələrimizin
maddi-texniki bazasının
ən müasir standartlar səviyyəsinə
çatdırılması sahəsində bu gün mühüm işlər görülür.
İşğaldan azad
olunan bölgələrdə
xüsusi təyinatlı
hərbi hissələrin
yaradılması, müasir
hərbi texnika və silah-sursatla təchizat bunun əyani təzahürüdür.
Ali Baş Komandanın göstərişinə
əsasən, müxtəlif
hərbi təlimlərin
keçirilməsi, hərbi
hissələrin döyüş
hazırlığının yüksək səviyyəyə
çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra
digər tədbirlər
Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı
üstünlüyün qorunub
saxlanmasını təmin
edir.
Azərbaycan Ordusu
qarşısında qoyulan
yeni tapşırıqlara
əsasən modernləşmə,
silahlanma və hazırlıq sahələrində
ordunun ən yüksək göstəricilərə
sahib olması üçün konkret planlar, tədbirlər hazırlanıb. Ordu komandanlığı isə
verilən tapşırıqların
təxirəsalınmaz icrasını
reallaşdırmaqdadır. Bununla yanaşı, hazırda bir çox hərbi hissələrimiz azad edilmiş ərazilərimizə
dislokasiya edilir və ya həmin
ərazilərdə yeni
hərbi hissələr,
şəhərçiklər salınır. Dislokasiya olunan bölmələrimizdə
qoşun xidmətinin təşkili, şəxsi
heyətin döyüş
hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə
saxlanılması, yeni
hərbi infrastruktur obyektlərinin yaradılması,
bölmələrin və
idarəetmə məntəqələrinin
fəaliyyətinin yaxşılaşdırılması,
döyüş planlarının
dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin
mina və partlamamış döyüş
sursatlarından təmizlənməsi
gündəlik fəaliyyətin
əsas prioritetlərindəndir.
Ümumiyyətlə, peşəkar ordunun formalaşdırılması çoxşaxəli
prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Zamanın reallıqları təsdiq
edir ki, modernləşmə ən
vacib şərtlərdən
biridir.
Hazırda Azərbaycan
Ordusunun şəxsi heyətinin peşəkarlığının
daha da artırılması
üçün müxtəlif
tədbirlər planı
əsasında hərbçilərimiz
yerli və xarici ölkələrdə
təşkil olunan təlimlərə qatılırlar.
Bu ilin döyüş
hazırlığı planına
müvafiq olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların
fərdi bacarıqlarının
təkmilləşdirilməsi, eləcə də bölmələrin döyüş
qabiliyyətinin daha da artırılması məqsədilə təlim
və məşğələlər
davam etdirilir.
Müdafiə Nazirliyi
rəhbərliyinin iştirakı
ilə Azərbaycan Ordusunun bütün birlik və birləşmələrində müxtəlif səviyyəli
irimiqyaslı əməliyyat-taktiki
təlimlərin keçirilməsi
həm ordumuzun qüdrətini nümayiş
etdirir, həm də döyüş qabiliyyətini, gücünü
daha da artırır.
2013-cü ildən başlayaraq
isə Azərbaycan və qardaş Türkiyənin Silahlı
Qüvvələri arasında
birgə hərbi təlimlər keçirilir.
Bu təlimlər iki ölkənin ordusunun döyüş qabiliyyətinin artırılması,
silahlı qüvvələr
arasında təcrübə
mübadiləsinin aparılması,
müxtəlif qoşun
növlərinin qarşılıqlı
fəaliyyətinə nail
olmaq baxımından böyük əhəmiyyət
kəsb edir. Ona görə də iki ölkənin
ordusunun iştirakı
ilə keçirilən
və bütün qoşun növlərini əhatə edən təlimlərin sayı ildən-ilə artmaqdadır.
Azərbaycan və
Türkiyə silahlı
qüvvələri arasındakı
təlimlər ordumuzun
gücünə güc
qatır. Bu gün dünyada tayı-bərabəri olmayan
Azərbaycan-Türkiyə qardaşlığı
iki ölkənin strateji müttəfiqliyini
ən yüksək zirvəyə qaldırıb.
Şad gündə də, dar gündə
də bir-birinə hayan olan, dayaq
duran, əlindən gələni əsirgəməyən
iki qardaş arasındakı münasibətlər
dünyaya nümunə
kimi təqdim edilməkdədir.
Türkiyənin hərbi
qüdrətinin artması
Azərbaycanın güclənməsi
deməkdir. Dost və qardaş ölkə ilə müdafiə sənayesi sahəsindəki əməkdaşlıq
keçmişdə olduğu
kimi, indi də yüksək səviyyədədir. Azərbaycanla
Türkiyə arasında
bu günə qədər keçirilən
birgə hərbi təlimlərin sayı yüzlərlə ölçülür
ki, buna da hər hansı
bir digər ölkənin nümunəsində
rast gəlmək mümkün deyil.
Azərbaycan ilə
Türkiyə arasında
hərbi sahədə
əməkdaşlıq təkcə
iki qardaş ölkənin hərbi potensialının artırılması
baxımından deyil,
həm də bölgədə sülh və təhlükəsizliyin
təmini baxımından
da mühüm əhəmiyyət kəsb
edir.
44 günlük Vətən
müharibəsində Azərbaycan
Ordusunun əldə etdiyi zəfər nəticəsində Cənubi
Qafqazda yaranan yeni geopolitik güc balansını təhlil edərkən Türkiyə-Azərbaycan ordularının
hərbi əməkdaşlığının
necə böyük rola
sahib olduğuna hər kəs şahidlik etdi. Əlbəttə ki, iki qardaş ölkə arasında hərbi əməkdaşlığın
dərinləşdirilməsi regionda davamlı sülhün təminatı
olacaq.
Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın iyunun
13-də ölkəmizə səfəri zamanı liderlərin mətbuata bəyanatla çıxışında
İlham Əliyev birgə təlimlərə
toxunaraq onun əhəmiyyətini dəyərləndirdi.
Dövlət başçısı
bildirdi ki, bu il 16 birgə
hərbi təlim keçiriləcək, onlardan
6-sı artıq keçirilib:
"Mən İkinci Qarabağ müharibəsindən
sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra
Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi
əyani şəkildə
görürük".
Azərbaycan Silahlı
Qüvvələrinin Türkiyə
Ordusu modelinə keçidi üçün
artıq bir sıra addımlar atılıb və proses davam edir.
Təşkilati struktur
təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və
yeni hərbi birliklər, komando briqadaları yaradılıb.
Azad edilmiş ərazilərdə dislokasiya
olunmuş bölmələrin
əməliyyat və
döyüş hazırlığı
səviyyəsinin yüksəldilməsi,
həmçinin xüsusi
şəraitdə döyüş
tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat
hərbi hissələri
yaradılıb. Komandoların
Türkiyədə müvafiq
hazırlıq kurslarını
keçməsi təmin
edilib. Vətən müharibəsində əldə
edilən təcrübələrin
təhlili əsasında
Türkiyə Silahlı
Qüvvələrinin də
modeli nəzərə
alınaraq yeni döyüş təlimatları
hazırlanıb. Türkiyə
Silahlı Qüvvələri
zabitlərinin iştirakı
ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi
qulluqçunun cəlb
edilməsi mütəxəssis
hazırlığını da yeni səviyyəyə
yüksəldib. Azərbaycan
Ordusunda bir sıra istiqamətlər üzrə tədbirlər
icra edilib. Əsas diqqət daim döyüşə hazırolma və silahlı qarşıdurma
kəskinləşdiyi zaman
yarana biləcək vəziyyətdə adekvat
cavab tədbirlərinin
görülməsinə yönəldilib.
Azərbaycan-Türkiyə birgə hərbi təlimləri əlbəttə
ki, düşmənin
bağrını yarır.
Bu birlik həmçinin regionda və ümumilikdə, qlobal miqyasda təhlükəsizliyin təminatı
hesab olunur.
Azərbaycan ilə
Türkiyə arasında
əlaqələrin ən
yüksək səviyyədə
olması bütün
dünyaya bəllidir.
44 günlük Vətən
müharibəsi isə
bunun bariz təcəssümü oldu.
Qürur dolu tarixin ilk günlərindən
qardaş Türkiyə
Azərbaycana siyasi-mənəvi
dəstək verdi. Rəcəb Tayyib Ərdoğan açıq
və birmənalı
bəyanatlar səsləndirərək,
bu müharibədə
Azərbaycanın tək
olmadığını, Türkiyənin
hər zaman dövlətimizin və xalqımızın yanında
olduğunu bildirdi. Bu da təbii
olaraq gücümüzə
güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi
qələbədə mühüm
rol oynadı.
Böyük zəfərdən
sonra iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi
isə strateji tərəfdaşlığı, müttəfiqliyi daha da möhkəmləndirdi.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2023.-
22 iyun.- S.1;4.