İlham
Əliyevdən Şərqi
Zəngəzura böyük
töhfə
Bölgənin ilk istehsalat müəssisəsi olan
"Avto Lizinq Azərbaycan" azad olunmuş ərazilərin
bərpası prosesinə
mühüm texniki dəstək göstərəcək
Vətən müharibəsində
işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur sürətlə
bərpa olunur, bu torpaqlarda həyat canlanmağa başlayır. Artıq keçmiş məcburi köçkünlərin Zəngilanın
Ağalı və Tərtərin Talış
kəndlərinə, o cümlədən
Laçın şəhərinə
qayıdışı təmin
edilib, bir sıra nəhəng infrastruktur layihələrinin
icrası başa çatdırılıb.
Böyük qayıdışa
dair müvafiq dövlət proqramına əsasən, 2023-cü il
ərzində müxtəlif
layihələrin icrası
başa çatacaq, doğma evlərinə geri dönənlərin sayı daha da artacaq.
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti və nəzarəti ilə azad edilmiş ərazilərin bərpası
prosesində diqqətçəkən
bir məqam da ondan ibarətdir
ki, quruculuq işləri məhdud sfera ilə kifayətlənməyərək kompleks xarakter daşıyır. Bu mənada işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli
istifadə olunması
və məşğulluğun
təmin edilməsi məsələləri də
diqqət mərkəzində
saxlanılır. Bunun
ən böyük nümunələrindən biri
Cəbrayıl rayonu
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının yaradılmasıdır.
"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ən böyük rezidenti isə "Avto Lizinq Azərbaycan"
MMC-dir. Azərbaycan və Rusiya birgə müəssisəsi
olan "Avto Lizinq Azərbaycan" MMC
"KamAZ" ASC ilə
"Gəncə Avtomobil
Zavodu" İstehsalat
Birliyinin əməkdaşlığının
nəticəsi kimi ərsəyə gəlib.
Mövzu ilə
bağlı "Gəncə
Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının
sədri Xanlar Fətiyevlə söhbətləşdik.
Xanlar Fətiyevin sözlərinə görə,
Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə işğaldan
azad edilmiş ərazilərimizdə aparılan
dinamik bərpa və quruculuq prosesi texniki xidmətlərə tələbatı
da artırıb. Bu baxımdan bərpa işlərində
yük avtomobilləri,
habelə kənd təsərrüfatı texnikaları
üçün "Araz
Vadisi İqtisadi Zonası" Sənaye Parkında "KamAZ"
ASC ilə "Gəncə
Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması
xüsusi əhəmiyyət
daşıyır.
Xanlar Fətiyev
qeyd etdi ki, Azərbaycanla Rusiya arasında münasibətlər iqtisadi
sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı
regionları, o cümlədən
Tatarıstan Respublikası
ilə səmərəli
qarşılıqlı əməkdaşlıq
münasibətləri var.
Yük maşınlarının
istehsalı üzrə
dünyanın aparıcı
şirkətlərindən olan "KamAZ"ın Cəbrayılda "Gəncə
Avtomobil Zavodu" İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun bariz göstəricisidir. Layihə 2021-ci ilin iyul ayında Rusiya şirkətləri nümayəndələrinin Azərbaycana
işgüzar missiyası
çərçivəsində "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi ilə "KamAZ" ASC arasında imzalanmış anlaşma
memorandumuna uyğun olaraq "KamAZ" avtomobil zavodu ilə birlikdə həyata keçirilib.
Birgə servis mərkəzinin təməlinin
2021-ci il oktyabrın
4-də Prezident İlham
Əliyevin iştirakı
ilə qoyulduğunu deyən Xanlar Fətiyev bildirdi ki, həmin vaxtdan etibarən müəssisənin yaradılması
istiqamətində intensiv
işlər görülüb:
"Serviz mərkəzi
3 hektarlıq ərazini
əhatə edir. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı
texnikalarına xidmət
göstərilməsi sahəsində
hab rolunu oynayacaq. Mərkəzdə
işğaldan azad olunmuş ərazilərimizdə
istifadə olunan 1500-dək
avtomobilə, həmçinin
yüklərin daşınmasını
həyata keçirəcək
tranzit avtomobillərə
və digər texnikalara peşəkar xidmət göstəriləcək".
Qeyd edək ki, mərkəzdə inşa edilən korpusda yük maşınlarına və
kənd təsərrüfatı
texnikalarına texniki xidmət sahəsi və ikimərtəbəli
inzibati bina yerləşir. Texniki xidmət sahəsində 4
ədəd texniki baxış quyusu və asma kran
var. Eyni zamanda təmir emalatxanasında çilingər,
mühərriklərin, ötürücülər
qutusunun, elektrik və akkumulyatorların, kompressorların, təkərlərin
və digər detalların təmiri bölmələri yaradılıb.
Burada pnevmatik və hidravlik qurğuların təmiri sahələri, daxili yanma mühərriklərinin
yuyulması məntəqəsi
fəaliyyət göstərəcək.
Emalatxana müasir havalandırma sistemi ilə təchiz olunub.
Bununla yanaşı,
mərkəzdə mobil
təmir və texniki servis briqadaları da fəaliyyət göstərəcək
ki, bu da
işğaldan azad olunmuş ərazilərimizdə
istifadə olunan bütün texnikalara yerində xidmət göstərməyə imkan
yaradacaq.
Əsas korpusun
daxilində ikimərtəbəli
inzibati bina da tikilib. Binanın
birinci mərtəbəsində
qəbul şöbəsi,
ehtiyat hissələri
mağazası və anbarı, eləcə də yeməkxana fəaliyyət göstərir.
Mərkəzdə avtotexnikaların
təmirini gözləyən
sürücülər də
diqqətdən kənarda
qalmayıb. Belə ki, inzibati binanın
ikinci mərtəbəsində
sürücülərin gecələməsi
üçün mehmanxana
tipli 10 otaq var. Otaqlar müasir
havalandırma sistemi ilə təchiz olunub.
Servis mərkəzində,
habelə qazanxana, su anbarı, nasosxana və avtoyuma məntəqəsi
yaradılıb. Mərkəzdə
16100 kvadratmetr əraziyə
asfalt örtük döşənib, istehsalat
korpusunun ətrafına
1050 pm səki daşı düzülüb.
Ərazidə yaşıllıq
da yaradılıb, ağaclar əkilib. Mərkəzin ərazisində
suvarma, isti və soyuq su,
həmçinin yanğından
mühafizə xətləri
də çəkilib.
Xanlar Fətiyev
onu da əlavə
etdi ki, ümumi investisiya həcmi 10,2 milyon manat olan müəssisənin
inşasına artıq
9,4 milyon manatdan çox investisiya yatırılıb. Müəssisənin
fəaliyyətə başlaması
məşğulluğun təmin
edilməsinə də
töhfə verəcək.
Xatırladaq ki,
servis mərkəzinin
təməlinin qoyulması
mərasimində Rusiya
Federasiyası Tatarıstan
Respublikasının Baş
nazirinin keçmiş
müavini, hazırda Rusiyanın sənaye və ticarət nazirinin müavini vəzifəsində çalışan
Albert Kərimov və "KamAZ" ASC-nin baş direktorunun
müavini Rüstəm
Şamsutdinov da iştirak edirdilər. Onların Cəbrayıla gəlişi həm də Füzuli Beynəlxalq Hava Limanında ilk xarici nümayəndə heyətinin qarşılanması
kimi yadda qalmışdı.
Xanlar Fətiyevin
sözlərinə görə,
Azərbaycan dövləti
və xalqımız Prezident İlham Əliyevin rəhbərliyi
ilə özünün
tarixi və şərəfli günlərini
yaşayır və sözsüz ki, Qarabağın və Şərqi Zəngəzurun
bərpası ilə bağlı qarşıya
qoyulan vəzifələrin
hər biri vaxtında icra olunacaq: "O cümlədən
azad olunmuş bütün ərazilərimizin
iqtisadiyyatı da bərpa ediləcək.
"Avto Lizinq Azərbaycan" da bu istiqamətdə özünün töhfələrini
verəcək".
Xatırladaq ki,
"KamAZ" ASC-nin
"Gəncə Avtomobil
Zavodu" İstehsalat
Birliyi ilə birgə layihəsinə
2014-cü ildə start
verilib. Gəncədə
"KamAZ"ın ilk
partiyası 2015-ci ildə
buraxılıb. İndiyədək
Gəncədə 1000-dən çox "KamAZ" yığılıb.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2023.-
22 iyun.- S.1;4.